Son Paylaşım

Biznes plan yazmazdan öncə bunlara diqqət edin


Yaxşı bir biznes plana sahib ola bilərsiniz və bu ideyanıza çox inana bilərsiniz. Lakin mütləqdir ki, ideyanız üçün biznes plana başalmadan əvvəl bəzi nüanslara diqqət yetirəsiniz. Nədir bu nüanslar?


1. Əmin olmalısınız
İdeyanı ərsəyə gətirə bilərsiniz, yaxşı biznes plan da hazırlaya bilərsiniz və böyük bir investisiya cəlb edə bilərsiniz. Əgər siz bu ideyanın arxası ilə getmək fikrində tam əmin deyilsinizsə o zaman bu yükün altına girməyin. Çünki ciddi səy göstərmələr, nəticə ortaya qoymaq vacibliyi və investorların sizdən gözləntiləri investisiyadan sonra başlayır. Əgər yarımçıq saxlayacaqsınızsa və bu yükün altında qalacaqsınızsa həm uğursuz olacaqsınız həm də bu sizin növbəti işlərinizə də təsir göstərəcəkdir.

2. Potensial investorlar
Yaxşı biznes plan hazırlamaq sizin 1-2 ayınızı alacaq. Nəticədə siz biznes plana sahib olacaqsınız. Lakin bu biznes planı təqdim edəcək potensial investorlar yoxdursa işiniz 3-4 ay və bəlkədə çox uzanacaq. Buna görədə ilk öncə 3-5 arasında potensial investor kəşf edin. Onların fikirlərini alın. Ən azından yatırım etməkdə maraqlı olduqlarını öyrənin. Bundan sonra biznes planı hazır edin və o investorlarla görüş təyin edərək yaxşı təqdimat reallaşdırın.

3. Öncədən kiçik araşdırma
Yuxarıda da qeyd olunduğu kimi, biznes plan sizdən maddi və mənəvi resurslar apara bilər. Təxminən 2-3 ay zaman itirəcəksiniz bu binzes plana. Bu biznes plana başlamamışdan əvvəl sektorda kiçik bir araşdırma edilməli və sizin məhsula həqiqətən ehtiyac olub olmadığı təyin edilməlidir. Bundan əlavə olaraq 5-6 güvənilən şəxslə məsləhətləşmək lazımdır. Onların qata biləcəyi fikirlər çox önəmli olacaqdır. Bu fikirləri toparladıqdan sonra düzgün yolda olduğunu təyin etsəniz, heç gözləmədən biznes plana başalaya bilərsiniz.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok