Son Paylaşım

Biznes plan və uğurlu biznes - Nə üçün biznes plan lazımdır?


Biznes planların böyük əksəriyyəti yeni qurulacaq biznes ideyaları və ya plansız fəaliyyət göstərən cari biznes fəaliyyətlərinin təkmilləşdirilməsi üçün yazılır. Lakin biznes plan yalnız biznes ideya üçün deyil şirkət daxilində də hansısa layihələrin həyata keçirilməsi üçün də hazırlana bilər. Belə olan halda sizin layihəniz şirkət menecmenti tərəfindən daha müsbət qarşılanır və sizin layihənizə lazımı olan investisiya ayrılır. Lakin bu yazının məqsədi biznes plan yazmağın nə üçün zəruri olduğunu ortaya qoymaqdır. Nə üçün siz binzes plana böyük vaxt, enerji və büdcə istifadə etməlisiniz?



Biznes plan yazmağın böyük faydaları vardır.

Gələcək biznesinizin təməlini möhkəm qoyursunuz.
Düşünün ki, sizin ideyanız var və bu yalnız sizin beyninizdə və bəzi fikirlər də havadadır. Siz heç marketinq planı, relam kommunikasiyasını, idarəetmə strukturunu, maliyyə analizini və riskləri hesablamamsınız. Təklif edirsiniz ki başalayaq, Lakin bir müddətdən sonra nəzərə almadığınız problemlər ortaya çıxdıqda komandanız da, investorunuz da hətta bəlkə özünüz də özünüzü yarı yolda qoyacaqsınız. Bunun üçün yazılı bir istiqamətin, qət edilməsi istənilən yolun xəritəsi olarsa sizin və komandanız üçün daha asan olacaqdır.
Biznes ideyaya investisiya cəlb etmə ehtimalını artırır
Fərz edək ki, yeni biznes ideyanızı kiməsə danışırsınız. Bu şəxs investordursa, bu hal onu o qədər də təsirləndirməyəcək. O sizin danışdıqlarınıza ciddi baxmayacaq. Çünki real rəqəmləri göz qabağında görmür. Siz investora 1, 2, 3 illik maliyyə hesabatını versəniz və ciddi qazancların olduğunu göstərsəniz, eyni zamanda marketinq, satış planlarını versəniz bu investorda sizin biznes ideyaya qarşı 1-ə 5 maraq yaradacaq.
Bir neçə istiqamətdə planlarınız öncədən olur
Marketinq, satış, maliyyə kimi planları öncədən təyin edə bilirsiniz. Əlbəttəki biznes başladıqdan sonra ola bilər ki, bu planlarda cuzi dəyişikliklər olsun. Bu normaldır. Eyni zamanda biznesin idarəetmə strukturunu, şirkətin misiyası və vizyonu öncədən biznes planda öz əksini tapır. Bazar, məhsul, rəqib araşdırması etmiş olursunuz və bazarı müəyyən qədər tanıyırsınız. Bu araşdırmalar sizin bazarda hansı strategiyaları istifadə etməniz gərəktiyinə yardımçı olur.
Hər an düşən fürsəti dəyərləndirmək
İş mühiti çox fərqlidir. Bir gün dostlarınızla və onların dostları ilə oturarsınız və onlardan biri deyər ki,  investor var və yaxşı layihə axtarır. Sizin ideyanın və yaxud biznesin bir biznes planı hazır olarsa, siz gözləmədən investora ötürə bilər, görüş təyin edə bilər və öz biznesinizə investisiya cəlb edə bilərsiniz.
Biznes plan sizə investisiya, biznes ideyanızı reallaşdırmaq üçün yeni qapılar açır. Sizi rəqiblərinizdən seçir və daha etibarlı edir. Bununla da siz həm investor ilə görüşəndə və biznesi reallaşdırmağa başlayanda daha rahat addımlar atırsınız.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok