Son Paylaşım

Biznes planda hansı məlumatlar olmalıdır?


İnvestordan minimums 50.000-100.000 AZN arasında bir investisiyanı əldə etmək, ona ideyanın biznes nümunəsini təqdim edərək inandırmaq həqiqətən asan deyil. Bunun üçün də biznes planda ideya ilə bağlı A-dan Z-yə bütün məlumatlar öz əksini tapmalıdır.
İdeyadan əlavə olaraq görüləcək bütün fəaliyyətlər yazılmalı və bu fəaliyyətlər necə həyata keçiriləcəyi bildirilməlidir.

Biznes plan haqqında 1-ci yazı: Biznes planı effektiv edən 3 xüsusiyyət

Biznes planda hansı məlumatlar olmalıdır?


Məlumatlar isə aşağıdakı formada olarsa yetərli olacaqdır.

Bizneslə bağlı məlumatlar – Bu başlığın altında biznesin xarakteristikası, biznesin faydaları, biznesin hədəfləri, bazar araşdırması və hesabatları qeyd oluna bilinər. Bu məlumatlar sayəsində investor biznes ideyası ilə daha yaxından tanış olacaqdır.

Biznes strukturu ilə bağlı məlumatlar – Bu başlıq altında şirkətin strukturu, fəaliyyətlərin müddətləndirilməsi, CRM, taskmanagement, mail və s. sistemlərin necə qurulacağı və fəaliyyət göstərəcəyi qeyd olunmaıdır.

Marketinq ilə bağlı məlumatlar – Məhsulun brendinqindən, məhsul, qiymət, təşviqetmə və yerləşmə siyasətlərinə kimi, əsasən bu işin marketinqi necə aparılacaq, nə qədər büdcə tələb olunacaq və əvəzində nə əldə edəcəyimiz detallı qeyd olunmalıdır. Eyni zamanda marketinq kommunikasiya strategiyası da biznes planda öz əksini rahat, anlaşılacaq formada öz əksini tapmalıdır.

Maliyyə və mühasibatlıqla bağlı məlumatlar – Biznesin investisiya istifadə planı, gəlirlər, xərclər, marja və tam gəlir, ROI (investisiyanın geridönüşü), risklərin idarə olunması, gələcəkdə olacaq yeni investisiya imkanları və s. maliyyə ilə əlaqəli məlumatlar bu başlıq altında öz əksini tapmalıdır. Bu başlıq altında mühasibatlıq işləri də qeyd olunmalıdır. Əgər daxili mühasibatlıq olacaqsa sistemin necə çalışacağı, yox əgər xarici mühasibatlıq olacaqsa kimlərlə çalışılacağı qeyd olunmalıdır.

Satış ilə bağlı məlumatlar – Satışın qurulması, satış komandasının qurulması, satış strategiyası, KPI-lar və bonus sisteminin yaradılması, satış proseduru məlumatları bu başlıq altında qeyd edilməlidir.
Əgər biznes çox böyük olacaqdırsa insan resursları, təchizat, audit və s. fəaliyyətlərə də ehtiyac var. Onlar ilə bağlı tutarlı, cədvəllərə və qrafikaya dayanan məlumatların verilməsi biznes planın effektivliyini və təsdiq alma ehtimalını artıracaqdır. Əlbəttə ilk öncə biznes ideyanın özü cəlbedici və tutarlı olmalıdır.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok