Son Paylaşım

Biznes planı effektiv edən 3 xüsusiyyət


Facebook və Linkedində belə bir paylaşım etdim.
"Hardasa 10-un üzərində biznes plan təcrübəm olub. Bunlardan biri 30min, biri 50min, biri isə 100min AZN-nin üzərində investiya alıb. Digərlərindən düzü xəbərim olmayıb. Indi də hal hazırda 4 biznes planın üzərində çalışırıq.


Düşündüm bu təcrübəmi silsilə olaraq cavidabasov.com-da bloq formasında paylaşım."
Ümumilikdə 400-ə yaxın şərh gəldi və marağın böyük olduğunu düşünərək biznes plan ilə bağlı silsilə yazılara start verirəm.

Biznes planı effektiv edən 3 xüsusiyyət - Cavid Abasovun bloqu


Günümüzdə çox sahibkar öz yeni ideyalarını formalaşdırmaq və böyük büdcəyə malik investorlardan investisiyalar əldə etmək üçün ciddi formada düşünürlər. Rəqabətin kəskin olduğu günümüzdə hər bir şəxsin beynində 10-larla ideyanın olduğu bir dönəmdə öz ideyalarımıza investisiya cəlb etmək və vaxtı düzgün dəyərləndirmək üçün biznes plan vacibdir. Biznes plan bizim biznes ideyamızın tamamını və gələcəkdəki fəaliyyətlərimizin 1,3 və yaxud 5 illiyini özündə əks etdirir. Bəs nə üçün biznes plan vacibdir? Yuxarıda da qeyd etdiyim kimi, 10.000-lərlə ideyanın olduğu lakin yaxşı investisiya ayıra biləcək investorun isə az olduğu bir dönəmdə əgər sizin güvəndiyiniz, inandığınız bir ideyanız varsa, əgər siz ondan ilkin mərhələdə kiçik də olsa qazanclar əldə edirsinizsə və eyni zamanda sizin yaxşı bir potensial investorunuz varsa deməli siz hazırlıqlı olmalısınız. Anidən bu investor ilə görüşünüz baş tuta bilər və öz ideyanızı ona təklif etməyə bir fürsət yaranar və əgər sizin əlinizdə tutarlı qədər məlumat olmasa siz onu itirəcəksiniz. Şans isə bir investor üçün demək olar ki, bir dəfə olur. İkinci dəfə onu inandıra bilməyiniz çox çətin olacaqdır. Elə buna görə də mütləq biznes planı hazır etməli və daima inkişaf etdirməlisiniz.
Biznes planı effektiv edən xüsusiyyətlər hansılardır?

Məlumatın əhatəli, geniş olması
Hansısa investordan minimum 50.000-100.000 AZN arasında bir investisiyanı əldə etmək, ona ideyanın biznes nümunəsini təqdim edərək inandırmaq həqiqətən asan deyil. Bunun üçün də biznes planda ideya ilə bağlı A-dan Z-yə bütün məlumatlar öz əksini tapmalıdır.
İdeyadan əlavə olaraq görüləcək bütün fəaliyyətlər yazılmalı və bu fəaliyyətlər necə həyata keçiriləcəyi bildirilməlidir.

Araşdırmaya və hesabatlara dayanan olması
Bir təklif, bir fayda və ümumiyyətlə bir biznes irəli sürürsünüzsə bunun mütləq araşdırması olmalıdır ki, həqiqətən faydalılığı nədir, nə qədər maraqlıdır, rəqiblər kimlərdir və s. suallara aydınlıq gətirilsin. Bazar araşdırması 3 istiqamətdə aparıla bilinər.
  1. Məhsul araşdırması,
  2. Rəqib araşdırması,
  3. Müştəri araşdırması,


Cəlbedici olmalıdır
Düzdür biznes planın effektivliyini bəlkədə 80 %-ni ideya və fəaliyyətlərin kontenti görür. Lakin digər 20%-ni o biznes planın visualı həll edir. Visual yəni görünüş mütləq xoş olmalıdır. Grafikalar, prosedur xəritələri, cədvəllər olmalıdır ki, investor bu ideyanın üzərində ciddi işlərin getdiyini nəzərə alsın.

Bu 3 xususiyyəti ələ alaraq hardasa 30-50 səhifəlik bir biznes plan işlənilməlidir.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok