Son Paylaşım

Sonra edərik deyərək “evimizi yıxırıq”

Başımı qaldırıb sağ tərəfimdə olan saata baxıram hal hazırda! Saatın saniyələri bizi qovar kimi gedir. Hər saniyə getdikcə bir “tıqqıltı” səsi gəlir. Bu tıqqıltı səsi onu izah etməyə çalışır ki, biz bir də geri qayıtmayacağıq. Fikrimi tam ifadə edə bilirəm mi? O saniyə bir də geri qayıtmayacaq! Zaman həqiqətən çox sürətlə gedir. Biz isə bizə verilmiş bu qısa zamanda görməli, etməli olduğumuz işləri sabah edərik deyərək bir kənara qoyuruq. Zaman keçir sabahlar bir birini əvəz edir və nəticə etibari ilə nə biz onu edirik və yaxud ediriksə də gec etdiyimiz üçün onun bizə bir faydası olmur.

Sonra edərik deyərək “evimizi yıxırıq”



Mənim 300-ə yaxın bloq yazım var. Mən bloqa başlayanda bir dostum dediki sən başla mən də qısa zamanda başlayacağam. Üzərindən 3 il keçib, o hələ də başlamayıb. Ancaq o günlərdə mənə deyir ki o vaxt başlasaydım indi “filan şey” olmuşdu. Bir müddət bundan əvvəl Biznesmen.az layihəsini başladıq. Artıq bir neçə çəkilişlər etmişik. 2 verlişi yayımlamışıq. Növbəti verliş qısa zamanda yayımlanacaq. Saytımıza günlük gözlədiyimizdən də çox daxil olanlar var. 13.000-ə yaxın Facebook səhifəsi bəyənəni var. Sürətlə artmaqdadır. Yaxında radio verlişi başlamaq istəyirik. Ancaq biz bunu başlamasaydıq bunların heç biri olmayacaqdı. Əlbəttə hal hazırda bu proyekti necə daha sürətləndirə bilərik, effektivliyini necə artıra bilərik sualının üzərində işləyirik. Bu heç də pis alınmır.
Yeni bir layihə var. Bunun üzərind düşünürük ki, heç bir vaxt itirmədən başlayaq. Bu layihəni indi başlasaq 1 ildən sonra müəyyən həddə çatdıracağıq, başlamasaq 1 ildən sonra baxıb deyəcəyik ki, kaş başlayardıq. Kaş sözünü deməmək üçün bunu mütləq başlayacağıq və yaxin günlərdə bunun ilə bağlı sizin ilə həm bloqumda həm sosial mediada paylaşım edəcəyəm.
Şəxsi karyeramla bağlı 10-larla yeniliklər üzərində eyni zamanda işləyirəm. Bu özünü əminəm ki, qısa zamanda şəxsi karyeramın inkişafında göstərəcəkdir.
Mən bilirəm ki mən də çox kaşlar deyirəm və bəzi şeylərə gecikdiyimi bilirəm. Deməyim əslində nədir.
Kaş sözünü işlətməmək üçün, saniyələrin boşu boşuna “tıqqıldamaması” üçün indi başlayın. Bunu edə bilərəm yox bunu artıq başlamışam və edirəm deyin! Əgər bir problem varsa problemin həll yolu mütləq vardır.

Oxuduğunuz üçün sizə təşəkkür edirəm!

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok