Son Paylaşım

Müştəri seqmentasiyası - Biznesiniz üçün müştəri seqmentasiyası etmisinizmi?

Bir məhsulu hər kəsə satmaq ya da bir hədəf  kütləyə 10 fərqli məhsul satmaq istəyi Azərbaycan biznesləri üçün əsas faciələrdən biridir. Çünki hamı hər kəsə nəsə satmaq istəyir )) Bu isə nəticə etibarı ilə bizneslərin öz bazar paylarını itirmələrinə, müştəriləri rəqiblərə qaçırtmalarına və əsasən də məhsullarının dəyərini aşağı salmalarına gətirib çıxarır. Bu qədər vacib məsələyə heç bir iş adamı laqeyd qalmamalıdır.
O zaman gəlin ilk öncə baxaq seqmentasiya nədir?



Bazar seqmentasiyası, ümumi bazarı alt bazarlara ayıraraq, seçilən kiçik bazarlara yönəlik xüsusi strategiyaların hazırlanmasıdır. Müştəri seqmentasiyası isə ümumi müştəriləri  alt seqmentasiyalara ayırır ki, bu da rahatlıqla hər bir alt seqmentasiyaya uyğun məhsulu, uyğun şərtlərlə onlara təklif etmək imkanı yaradır. Belə olan halda kimə hansı məhsulu təklif etmək aydın olur və bu da eyni zamanda reklam xərclərini aşağı salır.

Müştəri seqmentasiyası müxtəlif mənbələrdə müxtəlif cür verilmişdir. Mən isə ən uyğun olanını və yeni modern fəaliyyətləri də nəzərə alaraq müştəri seqmentasiyasını sizin ilə paylaşacağam.
Ancaq gəlin ilk öncə çox kiçik şəkil ilə bazarın seqmentasiyaya hansı faktorlara görə ayrıldığına nəzər yetirək.




Müşəti seqmentasiyasını isə IBM.com saytında Laura Loughran tərəfindən yazılan “Marketoloqun müştəri seqmentasiyası rəhbəri” yazısından faydalanaraq hazırlamışam.






Müştəri seqmentasiyası sayəsində siz müştərilərinizi çox yaxından tanıya bilərsiniz  onlara uyğun analizlər edə bilərsiniz və analizlərin nəticələrində o müştərilərə uyğun təkliflər verə bilərsiniz.
Seqmentasiyanı etdikdən sonra və eyni zamanda əlinizdə data olduqdan sonra siz aşağıdakı və belə 10-larla analizlər edə bilərsiniz.
  • Kişilərdən sizin B kateqoriya məhsulunuzla maraqlanan şəxslər,
  • 36-45 yaş arası qadınlardan hər il 2 dəfə alış edənlər,
  • Nərimanovda yaşayan və sizdən şikayətçi olan 26-35 yaşlı kişilər,
  • 25-45 yaş aralığında 2 uşaqlı qadınlar və s.

Yuxarıdakı kimi 10-larla analizlər edə bilərsiniz. Bunu üçün lazımdır.
  1. Müştərilərdən məlumatları toplamaq,
  2. Seqmentləşdirmək,
  3. Analizlər etmək

Ümid edirəm faydalı bir yazı oldu. Hər kəsin faydalana bilməsi üçün paylaşa və yaxud fikirlərinizi bölüşə bilərsiniz.
Hər kəsə uğurlar...


About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok