Əsasən
iş məsələsi bizim üçün ən aktual məsələlərdən biridir. Bəziləri deyir əşii
işdir də gedirik gəlirik pulumuzu qazanırıq. Sabah başqa bir iş olar gedərik
ordada işləyərik. Gəlin belə bir statistika verim. Tutalım ki, bir həftənin 5
gününü 10 saat işləyirik. Bu həftədə 50 saat edir.56x50 = 2800 saat edir. 2800
isə 120 günə yaxındır. Yəni bir minimum 1 illik ömrümüzün 120 yəni hardasa
1/3-ünü işdə keçiririk. Digər 1/3-ünü yatırıq və sonuncü 1/3 bizə qalır. Yəni
iş həyatımız bizdən çox hissə aparır. Buna görə də iş həyatımızı elə bir sheyə
çevirməliyik ki, bu işdən zövq alaq və bu da özlüyündə həyatdan zövq almağımıza
bir başa yaxşı təsir göstərsin.
İş həyatından
zövq ala bilməyimiz üçün aşağıdakı addımlar atmağımız çox önəmlidir. Ancaq
bunlar olunduğu təqdirdə siz gördüyünüz işdən 100-dəfə daha çox enerji ala bilərsiniz.
- Sevdiyiniz işlə məşğul olun. Əgər işi sevmirsinizsə heç düşünmədən çıxın.
- Qazancınız sizi tam olaraq qane etsin. Yox əgər siz davamlı olaraq daha çox qazanmaq istəyirsinizsə o zaman bizneslə məşğul olun.
- Fikirlərinizə davamlı olaraq hörmət qoyan bir menecer ilə işləyin.
- Rahat olduğunuz, stres yaşamadığınız bir iş yerində çalışın,
- Özünüzü hər bir uğurlu işdən sonra qiymətləndirin,
- Sizi qiymətləndirən kollektivlə çalışın,
- Sizə inkişaf verən, inkişaf qatan və hər gün dəyərinizi artıran bir şirkətdə çalışın,
Yalnız
o zaman işinizdən 100 dəfə daha çox enerji alacaqsınız. Yalnız o zaman işinizə
daha çox faydalı olacaqsınız. Əgər bu şərtlər yoxdursa, özümüzü aldatmaqdan və
günü günə satmaqdan başqa nə edirik ki?