Son Paylaşım

Gündə sadəcə 2 saat az yat - Mütləq tətbiq et

Bir neçə ay bundan əvvəl vaxtımı, enerjimi necə daha qənaətlə istifadə edə bilərəm sualının üzərində baş sındırırdım. Bir çarə tapdım və bu həqiqətən mənim xoşuma gəlir və hətta məni həyəcanlandırır! Əgər sən hər saniyənin hər dəqiqənin qədrini bilirsənsə onda mütləq sona qədər oxu, mənim həyəcanıma şərik olacaqsan!

Gündə sadəcə 2 saat az yat - Mütləq tətbiq et


Əgər hansısa layihəni, öz karyeranı, biznesini, özünü hansısa bir hədəflərə aparmaq istəyirsənsə və bunun üçün gecə gündüz çalışırsansa o zaman sən də mənim kimi "Necə edə bilərəm ki daha çox vaxtım olsun?" üzərində fikirləşirsən.

Biz illərdir yuxu saat normativinin bəzi həkimlərdən 7 saat və bəzi kitablardan, həkimlərdən isə 8 saat olduğunu eşidirik. Yəni insan günə 7 və yaxud 8 saat normal yatmalıdır deyirlər. Mən normalda ən çox günə 7 saat yatıram. Ona görə də yuxu saat normativimi 7 saat götürürəm. Nəzərə alsaq ki, insan günün effektiv yuxu saatlarında yataraq bu saatları azalda bilər. Yəni günə daha az yata bilər. Mənim dostum var illərdik ki, 4 yaxşı halda 5 saat yatır və enerjisi də tükənmir. 

İndi düşün ki, sən hər gün yuxu saatını 2 saat aşağı salırsan. Yəni hər gün 5 saat yatırsan. Belə olan halda sən əvvəlkinə nisbətən aylıq 60 illik isə 730 saat qənaət edirsən. Bu isə 30,4 gün deməkdir. Yuvarlaşdırsaq 30 gün! Yəni sən 1 il ərzində hər gün iki saat az yatsan, 1 ay daha çox işləyə biləcəksən. 1 ay rəqiblərindən qabağda olacaqsan. Hədəflərinə 1 ay daha yaxın olacaqsan. Ən azından 1 ay daha oyaq olacaqsan!

İndi isə burada əsas faktoru sizin ilə bölüşmək istəyirəm. Əgər biz heç bir plan olmadan hər gün 5 saat yatsaq və yerdə qalan o 2 saatı düzgün planlarımıza istifadə etməsək bu az yatmaların heç bir mənası, heç bir effekti olmayacaq. Əsas olan budur ki, yerdə qalan 2 saat lazımı və planlanmış hədəflər üçün istifadə olunsun. Misal üçün:

1. Kitab oxumaq,
2. Mail yazmaq,
3. Kitab yazmaq,
4. Layihə ilə məşğul olmaq,
5. Məqalə yazmaq,
6. Texniki işlərlə məşğul olmaq,
7. Yeni bir şeylər öyrənmək,
8. İdman etmək,

Və nəticədə bir ilin sonunda siz öz çatmaq istədiyiniz hədəflərə nə qədər yaxılaşdığınızı və yaxud çatdığınızı görəcəksiniz.

Ümid edirəm ki, hər kəs üçün yararlı oldu. Dostlarınızla bölüşərək dəstək ola bilərsiniz. Hər birinzə işlərinizdə uğurlar diləyirəm.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

1 yorum

What is the difference between casino games and slots?
Slot games are the most popular types of nba매니아 casino games, and septcasino the majority are slots. febcasino.com and 바카라 사이트 the most commonly poormansguidetocasinogambling.com played slot games.

Balas