Son Paylaşım

Gantt qrafiki ( Gantt chart ) - Niyə istifadə etməliyik?

İstər şəxsi biznesimizlə məşğul olarkən, istər layihələr zamanı istərsə də şirkətdə çalışdığımız zaman hansısa fəaliyyətlərimizi uzun müddətli planlayarkən bizə bu fəaliyyətləri rahatlıqla görə bilməyimiz, izləyə bilməyimiz və zamanında çatdıra bilməyimiz üçün Gantt chart yəni Gantt qrafikası yardımçı ola bilər.

Gantt qrafiki ( Gantt chart ) - Niyə istifadə etməliyik?


Əgər sizin 2018 üçün 10 kiçik və 10 irihəcimli fəaliyyətiniz varsa və bu fəaliyyətlər də özləri kiçik fəaliyytlərdən ibarətdirsə deməli siz bunları izləyə bilməlisiniz və davamlı olaraq göz qabağında saxlamalısınız.
Gantt chart fəaliyyətlərin vaxta görə sıra ilə düzlüşünü özündə əks etdirir. Gantt chart-dan əsasən layihə menecerləri, biznes developerlər, marketinq menecerləri və o cümlədən satış menecerləri və biznesmenlər istifadə edirlər.
İlkin olaraq sadə Excel-də hazırlaya bilər, sonra isə zamanla daha da təkminləşdirə bilərsiniz.

Sizin ilə bir neçə Gantt chart nümunələri paylaşıram.

Nümunə 1. Yalnız tapşırıqdan və müddətdən ibarət
Gantt qrafiki ( Gantt chart ) - Niyə istifadə etməliyik?

Nümunə 2. Tapşırıq, alt tapşırıq və müddətdən ibarət

Gantt qrafiki ( Gantt chart ) - Niyə istifadə etməliyik?














Nümunə 3. Excel üzərində hazırlanmış Gantt chart

 Gantt qrafiki ( Gantt chart ) - Niyə istifadə etməliyik?

Axtarış edərək daha çox nümunələr tapa bilərsiniz. Əlavə olaraq Gantt chart tətbiqetmələri vardır ki, onlardan hər hansısa birini telefonunuza, planşetinizə yükləyərək istifadə edə bilərsiniz. Bu tətbiqetmələrin adlarını sizin ilə paylaşıram.

1. Ganttman
2. Project schedule Free
3. Project planning
4. Short project planning
5. Day planing

Gantt qrafikasından istifadə edərək siz aşağıdakı faydaları əldə edəcəksiniz.

1. Rahatlıqla bütün fəaliyyətlərinizi izləyə biləcəksiniz,
2. Zaman itkisini minimuma endirəcəksiniz,
3. Heç bir planlanmış fəaliyyət yadınızdan çıxmayacaq,
4. Kimsə sizin növbəti il üçün edəcəyiniz fəaliyyətləri anında izləmək istəsə bir səhifəlik fayl ilə göstərə biləcəksiniz.
5. Fəaliyyətlərinizi daha effektiv həyata keçirəcəksiniz.

Ümid edirəm ki, yazı faydalı oldu.. Dostlarınızın da faydalana bilməsi üçün paylaşa bilərsiniz və yaxud şərhiniz varsa bildirə bilərsiniz.

Hər kəsə uğurlar arzulayıram.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok