Son Paylaşım

Cavid Abasovun 2017 Bloq Hesabatı

Çox sevindirici haldır ki artıq 3-cü ili də bloq fəaliyyətimi davam etdirərək başa vurdum. Bu ilin iş baxımından effektiv keçdiyini nəzərə alsaq bir öncəki illərə nisbətən bu ilki bloq sayıları daha az oldu.

Cavid Abasovun 2017 Bloq Hesabatı


İlk etapda bundan öncəki illərdəki nəticələri sizin ilə paylaşacağam. Sonra isə 2017 nəticələrini paylaşacağam.

2015 ili
2015 bloggerlikdə mənim üçün uğurlu oldu. 2015-in Fevral ayından etibarən özümə bloq açaraq biznes, marketinq, satış, karyera və motivasiya mövzularında yazı yazmağa başladım. 9 ay ərzində 107 yazı yazdım. Bloqumun 9 ayda oxunma sayısı 13000-i keçdi. Bu ortalama hesabla 1 aya 12 yazı və 1450 oxunma sayı deməkdir.

2016 ili
İndi isə 2016-cı il nəticələrini açıqlayıram.
Ümumi olaraq bloqumda toplamda 193 yazı yayımlanıb. Bu da o deməkdir ki 2016-cı ildə 86 yazım yayımlanıb. Ümumi olaraq oxunma sayısı 65000-i keçib. Bu o deməkdir ki 2016-cı ildə 52000 sayt trafiki olub. Aylıq 7 yazı düşsə də aylıq oxunma 4333 olmuşdur. Yazı sayı 2015 ilinə görə azdır ancaq oxunma sayı hardasa aylıq olaraq 2015-də olan oxunma sayısından 3 dəfə çoxdur.


2017 ili
Son il bundan öncəki iki il qədər produktiv olmasa da oxunma baxımından heç də pis olmadı. 2017-ci ildə bloq saytımda 70 yazı paylaşdım və bunlara 52700 oxunma gəldi. Bu da oxunma olaraq 2016 ilə eyni nəticədir demək olarki. 


Bundan əlavə olaraq Cavid Abasovun bloqunda baş verən və yaxın zamanlarda baş tutacaq yenilikləri sizə çatdırıram.

Onlarla saytlar mənim toplamda 50-dən çox yazımı paylaşmışdırki, onlara dərin təşəkkürlərimi bildirirəm.

Yaxın zamanda baş tutacaq yeniliklər:
  1. Professional araşdırmalar,
  2. Biznes plan ilə bağlı ip ucları.
  3. Araşdırma ilə bağlı silsiləvi yazılar,
  4. SPSS dərsləri,
  5. Yeni bir video layihəyə başlayırıq və bu videoları da bloqdan əldə edə biləcəksiniz.
  6. "Real keyslər" rubrikası,
  7. Parnyorların sayının artırılması,
  8. Video bloqlar,

Düşünürən illər keçdikcə yeniliklərə ayaq uydurmaq üçün bizlər də istər şəxsi karyeramızda istərsə də şəxsi həyatımızda irəli addımlar atmalıyıq. Dayanmaq yox, yorulmaq yox əzm göstərmək lazımdır.
Hər birinizə 2018-ci ildə uğurlar diləyirəm.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok