Bu
yaxınlarda Elon Musk haqqında bir video izlədim. Onun həyat fəlsəfəsini çox
yüksək qiymətləndirdim. Fəlsəfə isə belə idi “Nəyi bilmədiyimiz barədə heç bir
fikrimiz yoxdur”.
Elon Musk Space X
kosmos araşdırmaları şirkəti, enerji ilə işləyən Tesla şirkəti, enerji
şirkəti olan SolarCity şirkətlərinin qurucusudur. Bu şirkətlərin hər birinin isə
milyardlarla dəyəri var. Bu adam bu şirkətləri necə qurub? Bir həyat fəlsəfəsi
üzərinə mi? Məncə bəli! Bir həyat fəlsəfəsi üzərinə! “Nəyi bilmədiyimiz barədə
heç bir fikrimiz yoxdur” fəlsəfəsindən yola çıxaraq, Elon hər gün oxuyur və hər
gün nəsə yeniliklər öyrənir. Davamlı olaraq inkişaf edir, amma bu inkişafı ona dəyər
qatacaq formada edir. Dünyanı yaşanılacaq hala gətirmək üçün tələbəlik illərindən
3 problemin üzərinə köklənir. Enerji, internet və kosmos. Bu sahələrdə avtomobil şirkəti də əlavə olmaqla milyardlıq şirkətləri var. Bir problem
aşkarlayır, həll yolları fikirləşir və edir. Burda bir önəmli məsələ də məncə
budur ki, çox böyük düşünür. Bizlər dünyanı yaşanılacaq hala gətirmək istədiyimiz
halda o artıq Marsı yaşanılacaq hala gətirməyi düşünür. Mən düşünürəm ki, son
zamanların ən dahi insanlarından biridir Elon! Və bu dahiliyin altında yatan
bir fəlsəfə var “Nəyi bilmədiyimiz barədə heç bir fikrimiz yoxdur”.
Hər
bir kəsin həyatında bir önəmli fəlsəfəsi, bir vizyonu olmalıdır. Nə etmək istəyir?
Nədir bu çox qısa olan həyatdan istədikləri? Hədəfləri nələrdir? Bu suallara
cavab taparaq bir misiya bir vizyon özümüzə tərtib etməliyik. O yöndə ciddi,
sürətli və effektiv addımlar atmalıyıq. Yalnız elə olan halda dünyanı daha gözəl
bir hala gətirə bilərik. Bəlkədə bir Elon Musk kimi dünyanı yox digər planetləri
daha gözəl hala gətirmək istəyərik. Gətirə bilərikmi? O işin ikinci tərəfidir.
Əsas odur istəyək və buna uyğun cəhd edək.
Mən insanlardan
nə etmək istədiklərini soruşanda “düzü hələ bilmirəm” demələrinə görə təəssüflənirəm.
Çay evlərinin qarşısından keçəndə orada domino oynayan şəxsləri görəndə heyfslənirəm,
heç bir hədəfi olmayan ancaq ona-buna lağ edən şəxsləri görəndə təəssüflənirəm.
Bizi
bu dünyaya, yaşamağa və daha xoş işlər görməyə şövq edəcək yeganə qüvvədir həyat
fəlsəfəsi. Hər birimizin həyat fəlsəfəmizə ayaq uydura bilməyimiz, ona
çatmağımız diləyilə!
Əvvəldə qeyd etdiyim videonu isə sizin ilə paylaşıram.