Nəyi
düzgün eləmədiyimizi bəzən soruşuruq özümüzdən. Nəsə yolunda getmir kimi hissələr
keçiririk. Bəs həqiqətən ən yaxşısını eləmək üçün nəsə səy göstəririk mi?
Prosesi yaxşılaşdırmaq üçün səy göstəririkmi? Səy göstəririksə bunu düzgün
formada edirik mi?
Reaktiv yox proaktiv həyatı öz həyatımızın fəlsəfəsinə çevirmək məcburiyyətindəyik.
Bu günlərdə maralı bir keys eşitdim. Harvard universitetini 10 il bundan öncə bitirənlər arasında bir araşdırma sorğusu keçirilir. Sorğunun məqsədi gəlirləri təsbit etmək idi. Bu şəxslərdən 77 %-i illik gəlirləri 50 min USD olanlar, 20 %-i illik gəlirləri birincilərdən 3 dəfə çox, 150 min USD olanlar, 3 %-i isə artıq milyonu qazanmış şəxslər olur. Bu sonuncu insanlar proaktiv insanlardır. Onlar hara getmək lazım olduğunu çox yaxşı bilirlər. Niyə görə bu şəxslərin digərlərindən fərqli olaraq milyon qazandığını araşdıranda bu insanların uzun müddətdən bəri 3 illik, 5 illik planlarını yazdıqları aşkarlanmışdı. İşləri planlamaq kifayət etmir. Sürətli olmaq da kifayət etmir. Gərək eyni zamanda effektiv olaq.
Bir gəmi düşünün okeandadır, hara gedəcəyini bilmir amma sürətlidir. Hara gedəcəyini bilməyəndən sonra sürətli olmağın nə üstünlüyünü var?
Düşünürəm bir prosesi
yaxşılaşdırmaq üçün və əsasən bir prosesin nəticəsini daha tez əldə etmək üçün
bir bir neçə məsələni öz vizyonumuza, həyat fəlsəfəmizə çevirməliyik. Bu məsələlərin
hansılar olduğunu bir nümunə verəndən sonra sizin ilə paylaşacağam.
Elon
Musk universitetdə oxuyarkən insanlığın gələcəyinə təsir göstərəcək 3 problemi
aşkarlayır və bunları necə aradan qaldıracağı barədə düşünməyə başlayır. Bunlar
İnternet, kosmos və təmiz enerji. Bu problemlərə görə atdığı addımlar o qədər dəqiq
olub ki, hər üçünün inkişafında hal hazırda rol oynayır və milyard dollarlıq
şirkətlərə malikdir.
Gələk
əsas məsələlərə....İnsanı hər gün yuxudan oyadacaq, hətta
hər dəfə düşünəndə həyəcanlandıracaq bir önəmli yaşam fəlsəfəsi olmalııdr.
Mütləq formada bu fəlsəfə olmalıdr! Onsuz olmaz. Sonra isə bu fəlsəfəyə ayaq
uydura bilmək üçün və ona çata bilmək üçün insan 4 faktoru özündə inkişaf etdirməlidir.
1. Çox oxumaq. – Nə qədər
bacarırıq oxumalıyıq. Hər şeyi mi? Xeyr! Bizə ən çox fayda verəcək şeyləri.
Bizi dünənə görə bu gün daha savadlı edəcək kitabları oxumalıyıq, elmləri öyrənməliyik.
2. Tətbiq etmək – Heç düşünmədən,
tərəddüd etmədən öyrəndiklərimizi tətbiq eməliyik. Yoxsa ki, o öyrəndiklərimiz
nəyə lazımdır ki?
3. Sürətli olmaq – İşləri
daha necə sürətləndirə bilərik? Necə edə bilərik ki, çox vaxt itirmədən daha
keyfiyətli işlər görək. Bu çox önəmli faktordur. Bu gün etməli lazım olduğumuu
sabah edərsək bəlkədə bir faydası olmayacaqdır.
4. Effektivlik – Edəcəyimiz işlərin
çoxluğu önəmli deyil. Effektivliyi önəmlidir. Əgər biz bu gün daha çox iş
görürüksə və bir faydasını əldə etmiriksə deməli səhv yoldayıq. İşlərimizi daha
effektiv yolla həll etməliyik. O zaman həm işimizdən, həm həyatımızdan zövq
almağa başlayarıq. Eyni zmananda da həyat fəlsəfəmiz üçün daha önəmli işlər
görmüş olarıq.
Elə
indi bizi həyat fəlsəfənizdən uzaq tutan problemlərin nələr olduğunu
aşkarlamalıyıq və lazımı addımları atmalıyıq! Sonra gec ola bilər!