Son Paylaşım

Marketinqə giriş: Marketinqdə mikro mühit - Dərs 9

Makro mühitdən sonra müəssisələrin və əsasən də müəssisə daxilindəki marektinqin əsas diqqətə alması lazım olduğu mühit mikro mühitdir. Mikro mühitə bəzən rəqabət mühiti də söyləyirlər. Mikro mühit makro mühitə nisbətən daha yaxın çevrədir müəssisə üçün. Bu mühitdə hansı faktorların olduğunu qısa şəkildə aşağıda açıqlamağa çalışacağam.

Marketinqə giriş: Marketinqdə mikro mühit - Dərs 9 - Cavid Abasov


Rəqiblər: Əsasən qazanc məqsədli çalışan bütün müəssisələrin rəqibləri vardır. Marketinqin işi bu rəqibləri yaxşı izləmək və analiz etməkdir.

Tədarükçülər: Tədarükçülər bazarda, sektorda önəmli rola sahibdirlər. Müəssisələri müxtəlif xammal, hansısa məhsul ilə təmin edən tədarükçülərdir. Gücləri bəzən elə çox ola bilirki, bazarda qiymət dəyişiminə belə nəzarət edə bilirlər. Bunun üçün marketinqin vəzifələrindən biri də tədarükçüləri izləməlidirlər.

Vasitəçilər: İstehsalçı ilə satıcı və ya müşətirlər arasında toptan satış edənlər və pərakəndə satış edənlər vardırki bunlar da bazarda, sektorda böyük gücə sahibdirlər.

Müştərilər: müştərilər seçim edən tərəf olduqları üçün onların nəyi, niyə seçdikləri çox önəmlidir. Bunun üçün daima müştərilər araşdırılmalı, daima analiz edilməli və loyallığı artırmaq üçün lazımı addımlar atılmalıdır.

İctimaiyyət:  İctimaiyyətin daxilində müştərilərdən əlavə olaraq digər insanlar, rəqib olmayan digər təşkilat və qrumlar, dövlət qurumları və s. yer almaqdadır. Müəssisələr daima ö müştərilərindən əlavə olaraq potansial müştəriləri də cəlb etmək istəyindədirlər.  İctimaiyyətdəki gücünü artıraraq özlərini inkişaf etdirən müəssisələr hər zaman öndə olmağı bacaracaqdırlar. Elə bunun üçündür ki ictimaiyyət daima marketinqin nəzərində olmalıdır.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok