Makro mühitin daxilində marketinq qərarlarına bir başa və dolaylı təsir edən çox saylı faktorlar vardır. Adından da bəlli olduğu kimi makro mühit qlobal və müəssisənin əlində olmayan faktorları özündə cəm edir. Bu faktorlar müəssisələrə fürsətlər yarada bildiyi kimi təhdidlər və problemlər də yarada bilərlər. Makro mühiti 6 başlıq altında toplamaq olar. Bu başlıqların hansılar olduğunu və daxilində hansı faktorların olduğunu aşağıda qeyd edəcəyəm.
Demoqrafik Faktorlar: Əsasən demoqrafik və əhali ilə bağlı olan faktorlardır. Marketinqin fikir verməsi lazım olan faktorlar aşağıda qeyd olunmuşdur.
1. Əhalinin sayı və artma faizi,
2. Əhalinin cinsi,yaş və coğrafi bölgüsü,
3. İşsizlik faizi,
4. Ölkə daxilinə və ya xaricinə ən çox miqrasiya,
5. Təhsil səviyyəsi,
İqtisadi Faktorlar: Tələbə və təklifə, ümumilikdə biznesə təsir edən əsas faktorlardan bəziləri də bu qrup içərisində yer alıb.
1. İnflyasiya faizi,
2. Banklardakı faiz dərəcələri,
3. Ölkədə idxal və ixrac fərqi,
4. Adam başına düşən gəlir,
5. Ölkə gəlirinin sektorlar üzrə paylanılması,
6. Valyuta qiymətləri,
İctimai-mədəni Faktorlar: İndiki istehlakçılar ilə bir müddət əvvəlki istehlakçılar arasında böyük fərqlər var. Bu fərqlər günü gündən dəyişməkdədir. Çünki ümumi ictimai-mədəni mühit dəyişməkdədir. Marketinqin bilməsi lazım olan, müəssisəyə təsir edə biləcək faktorlar vardırki onlar aşağıda qeyd olunmuşdur.
1. Həyat tərzi,
2. Qadınların iş dünyasındakı rolu,
3. Mədəniyyətin sektorlara təsiri,
4. Ailə qruluşundakı dəyişmələr.
Texnologiya Faktorları: Texnologiya günü gündən inkişaf etməkdədir. Bu axı necə bir müəssisəyə təsir etməsin? Bunun üçün də marketin bu faktorları yaxından analiz etməli və öyrənməlidir.
1. Texnologiyada dəyişmənin sürəti,
2. Yeni texnologiya məhsulları,
3. Patent sayı,
4. Araşdırma və tədqiqat xərcləri,
Siaysi Faktorlar: Siyasi faktorlar da digər faktorlar kimi bir başa və ya dolayı yolla müəssisəyə təsir edən faktorlardandır. Bu faktorlar hər zaman izlənilməi və siyasi faktoralra görə addımlar atılmalıdır.
1. İqtisadi siyasi addımlar,
2. Xarici ticarət siyasətləri,
3. Qanuni tənzimləmələr,
Ekoloji Faktorlar: Təbiətin və ümumilikdə dünyanın daima daha da yaxşılaşdırılması, təbiətin qorunması, məhsul artıqlarının atılmasının qarşısını alamq, zavodlarda tüstülərin azaldılması bir başa hər bir müəssisəyə xeyir verən amillərdəndir. Hər bir müəssisənin əsas gücü onun müştərisidir. Müştəriləri qorumağın əsas yolu da təbiəti və dünyanı qorumaqdır. Onun üçün marketinq mütəxəssisləri daima makro mühittə baş verən ekoloji faktorları izləməlidirlər.