Əgər siz şəxsi inkişaf üçün şəxsi brendinq ilə məşğul olursunuzsa deməli sizin əla planlarınız var və siz düzgün yoldasınız. Şəxsi brendinq çox faydalıdır. İstər şəxsi karyerada istərsə də biznesdə sizə yardımçı ola biləcək bir iş gedişatıdır. Demək olarkı günlük işlərimizin ayrılmaz bir hissədir. Bu gün şəxsi brendinq daxilində bir mövzuya toxunmaq istəyirəm. Vizitkalardan necə düzgün formada istifadə edək.
Əlbəttəki iş dünyasında varıqsa deməli bizim mütləq şəkildə vizitkalarımız olmalıdır. Bu vizitkaları isə düzgün istifadə etməyin yolu, düzgün tədbirlərdə, görüşlərdə iştirak edərək düzgün şəkildə istifadə etməkdir. Belə olan halda siz özünüzün davamlı olaraq şəxsi brendinqinizin inkişafını təmin etmiş olacaqsınız.
Mən özüm üçün növbəti planlar daxilində maksimum şəkildə qarşı tərəflərə iş adamlarına və biznesmenlərə vizitkalarımı vermək qərarına gəlmişəm. Və bunu ortalama 5 ədəd vizitka olaraq düşünürəm. Əlbəttəki hər gün 5 vizitka paylamaq çətin məsələdir. Bəzi günlər bu vizitka vermək heç olmaya bilərkən bəzi günlər hansısa bir tədbirdə iştirak edərək 50-dən çox vizitka paylamaq mümkündür. Düşünün il ərzində 1500 ədəd vizitka paylamaqla necə yaxşı nəticələr əldə etmək mümkün olar. Əlbəttəki burda önəmli bir nüans da var. Vizitkanı alan da verən də bu məsələdə maraqlı olmalıdır. Çünki əgər qarşı tərəfin istəyi olmasa sizin vizitkalarınız sadecə boşa olacaqdır.
İlk öncə gəlin nəzər yetirək vizitkaları harada və kimlərə verməliyik:
1. Biznes networkinqlərdə,
2. İş görüşlərində,
3. Sərgilərdə,
4. Seminarlarda,
5. Digər yeni şəxslərlə tanış olanda və s.
Bu yuxarıda sadaladığım zamanlar vizitkaların istifadəsi ən effektiv hesab olunanlardır.
Günə 5 ədəd vizitkanı qarşı tərəflərə verməyin faydaları
1. Yeni yoldaşlar sizi axtarmaq istədiklərində rahtlıqla vizitkadan istifadə edə biləcəklər,
2. Yeni qapılar açılacaqdır.
3. Network çox sürətli şəkildə inkişaf edəcəkdir.
4. Daha çox tədbirlərə və yeni işlərə dəvət alacaqsınız.
5. Biznesiniz, satışınızdakı dövriyyə, şəxsi karyeranız sürətli şəkildə inkişaf edəcəkdir.
6. Şəxsi brendiqə bir başa dəstək olacaqsınız və s.
Bəziniz düşünə bilərsiniz ki, günə 5 ədəd vizitka paylamaq qeyri mümkündür. Ancaq zamanımızdan, düzgün şəkildə istifadə etməyi bacarsaq, tədbirlərdə tez tez iştirak etsək qısa bir zamanda, görüşlər təşkil etsək, yeni şəxslərlə tanış olmağa açıq olasaq nəin ki 5 hətta çox vizitka belə paylamaq mümkün olacaqdır.
Hər kəsə öz işlərində və şəxsi həyatında uğurlar diləyirəm.