Son Paylaşım

Newsletter sisteminin inkişaf etdirilməsi (3-cü yazı)

Şirkət, şəxsi biznes və s. üçün newsletter sistemini yaratdıqdan sonra bunu davamlı olaraq inkişaf etdirməyin yollarını aşkarlamaq və daha çox potansial müştəri datası toplamağa yönəlmək lazımdır.

Newsletter sisteminin inkişaf etdirilməsi (3-cü yazı)


Newsletter ilə bağlı yazdığım 3 mərhələli yazının 1 və 2-ci mərhələsini bitirmisinizsə sıra 3-cü mərhələyə gəldi.
Bu yazıda newsletter sisteminin inkişafını 3 başlıq altında cəmləyəcəyəm.
1. Kontent və vizual
Mailin başlığı,kontenti çox maraqlı olmalıdır. Başlıq o qədər maraqlı olmalıdır ki, maili alan şəxs oxumadan maildən çıxmasın və ya maili silməsin.
Davamlı olaraq daha çox çox feedback almaq üçün və qarşı tərəfdə maraq yarada bilmək üçün Vizual ən mükəmməlinə yaxın olmalıdır. Düşünün ki sizə bir mail gəlsə və onun görünüşü necə olsa siz bəyənərsiniz? Girib mail ilə maraqlanarsınız? Əlbəttəki siz buna tək qərar verməməlisiniz iş yoldaşlarınızdan da fikirlər almalısınız.
2. Data toplama
Data toplayarkən maksimum şəkildə çalışmaq lazımdır ki targetingi düzgün edək. Əks halda topladığımız data bizim işimizə qətiyyən yaramayacaq. Elələri də var ki ödənişlə hazı mail toplusu alır və newsletter datası kimi istifadə edir. Effektivlik isə çox az olur.
Bundan əlavə olaraq data toplamaq üçün sizə yardımçı ola biləcək data toplama kanllarını qeyd edirəm.

  1. Sayt- Saytda müxtəlif data toplama pop up-ları, anketləri yerləşdirə bilərsiniz. (Anketdə, ad,soyad, mail, nömrə)
  2. FB- Facebook-un potensial müştəri toplama anketindən istifadə edə bilərsiniz. Və yaxud saytda olan anket səhifəsini FB-da paylaşaraq ödənişli reklam edə bilərsiniz.
  3. Google - Landing page yaradaraq və yaxud saytda olan anket səhifəsini Google Display Network vasitəsi ilə potesial müştəri datası toplaya bilərsiniz.
  4. Anket hazırlayıb, Potensil müştərilərinizin çox ola biləcəyi yerlərdə paylamaq və doldurmaq.
  5. Barkod kodlarından istifadə edərək insanları anket səhifələrinə yönəltmək.
3. Zamanlama
Düşünün ki 10 000 potensial müşətriniz var və bunların böyük qismi maildən aktiv istifadə edən şəxlərdir. Ay ərzində 4 dəfə ümumi mail göndərsəniz bu şəxslərin çox hissəsini yormuş olacaq və bu effektivlik baxımından sizə neqativ təsir göstərəcək. Sistemdə olan şəxlər sizin newsletter sistemindən çıxmağa başlayacaqlar. Ayda 1 maksimum 2 dəfə göndərmək kifayət edir. Günü və saatı Mailchimp newsletter sisteminin reportuna əsasən təyin edirsiniz. Ən effektiv gün və saat hansıdırsa o saatlarda göndərirsiniz.

Əminəm ki bu 3 mərhələli newsletter yazısı sizin işinizə yaramış oldu. Yazını dostlarınızla paylaşaraq həm dostlarınıza həm də mənə dəstək olmuş olarsınız. Təşəkkür edirəm. Uğurlar :) 

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok