Son Paylaşım

Newsletter sistemini aktiv et - Mailchimp (2-ci yazı)

Düşünürəm birinci yazıda Newsletter sisteminin şirkət üçün nə qədər vacib olduğunu izah edə bildim. 2-ci yazıda ən çox istifadə olunan Newsletter platforması olan Mailchimb haqqında məlumat verəcəyəm.

Newsletter sistemini aktiv et - Mailchimp (2-ci yazı)


Sayt mailchimp.com- dur. İlk öncə qiymətləri barədə məlumat vermək istəyirəm. Test versiya ödənişsizdir. İlkin başlamaq üçün isə aylıq 10 USD-dən başlamaqdadır və data sayı artdıqca yəni mail sayı artdıqca qiymətdə yüksəlməkdədir.10000 mail üçün 80 USD ödəmək gərəklidir. Platformanın  professional variantı isə 199 USD-dir. Professional variantda bir sıra daha üstün toollar vardır.
Mən təklif edirəm ki ilkin olaraq pulsuz variantdan istifadə edin. Sizə yarayıb yaramadığını gördükdən sonra ikinci mərhələyə 10 USD-lik mərhələyə keçərsiniz. Elə bu panel sizə kifayət edəcəkdir. Ödənişsiz paneldə günlük 2000 ədəd aylıq 12000 ədəd mail göndərə bilərsiniz.



Sign up Free seçərək yeni bir hesab yaratmanız və bu sizin şirkətin hesabı ilə eyni olmasını təmin etməlisiniz ki sonradan çətinliklər və anlaşılmamazlıqlar ortaya çıxmasın. Hesabı yartdıqdan sonra altda olan bir səhifə ilə üzləşəcəksiniz.


İstifadəsi çox rahatdır. Ona görə də hər bir funksiyanı ayrı ayrı foto üzərindən göstərməyə lüzum görmədim. Ana səhifəyə daxil olduqdan sonra yuxarıdakı fotoda gördüyünüz kimi sol tərəfdə  5 panel var. İlk öncə List panelinə girərək mail datanızı ora əlavə edə bilərsiniz. Mailləri tək tək və yaxud excel faylından bir başa export edə bilərsiniz.
Bundan sonra Tamplate panleninə gələrək özünüz üçün xüsusi bir tamplate hazırlayırsınız. Maksimum dərəcədə effektiv  və vizualı yaxşı olan bir template hazırlamaq gərəkdir. Tamplate-ni yaxşı hazırlasanız işin böyük bir hissəsini görmüş olarsınız. 
Tamplateni hazırladıqdan sonra Creat Campaign-ə keçərək regular kampaniya yaradırsınız. Bundan sonra isə sistem özü sizə yön göstərəcəkdir. Sol tərəfdə ilk olan Campaign panelindən inidyə qədər göndərdiyiniz kampaniyaları, yarımçıq qalmışları görə bilrəsiniz. 4-cü panel Reports panelindən isə maillərin effektivliyini və digər analizləri izləyə bilərsiniz. Axırıncı paneli istifadə etmədiyim üçün çox da məlumatım yoxdur. Onun üçün o panelə toxunmayacağam.
Qeydiyyatdan keçin, şirkət, şəxsi biznes və s. üzərində tətbiq edin. Yararlarını mütləq şəkildə görsəcəksiniz.

Newsletter haqqında mərhələli yazının 3-cü hissəsində isə sistemin inkişaf etdirilməsinin yollarını qeyd etmişəm.


Newsletter sisteminin inkişaf etdirilməsi (3-cü yazı)


About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok