Marketinq fəaliyyətləri olduqca dinamik bir əhatəni özündə birləşdirir. Dəyişən bazar mühiti, rəqiblərin çoxalması, rəqiblərlə bərabər, bazarların bölünməsi, yeni tədarükçü şirkətlərin ortaya çıxması, paylama şirkətləri arasındakı rəqabət, markaların qloballaşma istəkləri və s. dəyişikliklərdən qaynaqlanaraq müəssisələr marketinq qərarları alarkən müxtəlif qıraq təsirləri nəzərə alırlar. Bu qıraq təsirlər, yəni marketinqin mühitini 3 hissəyə ayıra bilərik. Bu mühitin içərisində bir çox faktorlar vardır ki qərar verilərkən bu faktorlar göz önündə tutulur. Bunlar:
1. Makro mühit,
2. Mikro mühit,
3. Müəssisə mühiti