Marketinq qarışığı deyilincə ağla gələn ilk şey 4P'dir. Dünyada marketinq deyilincə ilk ağla gələn ad olan Philip Kotler tərəfindən ədəbiyyata qazandırılan "4P", əslində Məhsul (Product), Qiymət (Price), Paylama (Place), Tutundurma (Promotion) sözlərinin baş hərfidir.
Marketinq müştərilərin ehtiyaclarını və istəklərini anlama və bu çərçivədə məhsulların necə hazırlanıb təqdim edilə biləcəyini planlaşdırma fəaliyyətidir. Marketinqin tərifinə baxarkən əvvəl bir məhsul ortaya qoymalıyıq sonra bu məhsulu bazar şərtlərinə görə qiymətləndirməliyik daha sonra istehlakçıya çatdırmalı və son olaraq da bazarda məhsulumuzun təşviq etməsini təmin etməliyik.
İndiki vaxtda sənaye sektorlarındakı inkişaflar rəqabət mühitini canlandırmışdır. Şirkətlər yalnız lokal deyil qlobal bazarlarda da satış etməyə başlamışdır. Bu müsbət inkişaflar marketinqin əhəmiyyətini daha diqqətə çarpan bu sahədəki peşələrin möhtərəmliyini da artırmışdır.
Məhsul (Product) - Xam məhsulların müxtəlif əməliyyatlardan keçirilərək bir araya gətirilməsi nəticəsində yaradılan yeni bir istifadəyə yaralı və hər hansısa ehtiyacı qarşılayan məhsuldur.
Qiymət (Price) - İstehsal olunmuş məhsulun bazara və hədəf kütlyə təqdim olunması zamanı düzgün şəkildə qiymətləndirilməsidir.
Paylama (Place) - İstehsal olunmuş məhsulun müxtəlif yerlərdə yerləşən istehlakçılara ən optimal və düzgün formada çatdırmaq üçün məhsulun bazara(lokal və yaxud qlobal) paylanılmasıdır.
Təşviq etmə (Promotion) - İstehsal olunmuş məshulun çox satılması və rəqibdən bir addım öndə olması üçün və əsasəndə istehlakçıda bu məhsula marağın oyadılmasıdır.
Bir çox son kitablarda marketinq qarışığını 7P olaraq ələ alırlar. Yəni qeyd etdiyimiz ünsürlər üzərinə Hədəf kütləsi (People) , Fiziki imkanlar (Physical facilities), Proses (Process) ünsürlərini də gələ bilərik. Bu ünsürlərin 7-sinin də haqqında ətraflı növbəti dərslərimizdə qeyd edəcəyik.