Son Paylaşım

İri həcmli fayllar göndərmək üçün 10 platforma

İri həcmli fayllarla işlədiyimiz zaman bizə vacib şəkildə lazım olan platformalardan biri də iri həcimli faylları qarşı tərəfə göndərmək üçün istifadə etdiyimiz platformalardır. Çox yaxın zamanlara qədər, bu kimi platformalar Azərbaycanda aktual deyildi və iri həcmli fayllar diskə yazılaraq qarşı tərəfə verilirdi. İndi artıq sürətli internet imkan verirki ağır faylları qarşı tərəfə heç bir əziyyət çəkmədən, sadecə müxtəlif platformalar üzərindən göndərək.
Bu yazıda iri həcmli faylları qarşı tərəfə göndərmək üçün 10 ədəd fərqli platformanı qeyd edəcəyəm. Bu məluamtları fərqli məqalələrdən toplayaraq Azərbaycan dilinə tərcümə etmişəm. Ümid edirəm ki yararlı olacaq.

İri həcmli fayllar göndərmək üçün 10 platforma - Cavid Abasov


1. Wetransfer.com
Çoxunuz Wetransfer platformasını çox yaxşı tanıyırsınız. Azərbaycanda ən çox istifadə olunan platformadır. Wetransfer vasitəsi ilə istədiyimiz qədər lakin həcmi 2 GB-dan çox olmamaq şərti ilə iri həcmli fayllarımızı göndərə bilərik. Yəni əgər bir fayl 3 GB-dırsa bunu Wetransfer vasitəsi ilə göndərə bilməyəcəksiniz. Gərək faylı iki hissəyə ayıraraq göndərəsiniz. Bunun üçün mailiniz olmalıdır və göndərəcək maili dəqiqliklə qeyd etməlisiniz. Hətta eyni faylı birdən çox şəxsə də göndərə bilərsiniz.

İri həcmli fayllar göndərmək üçün 10 platforma - Cavid Abasov



2. Sendspace.com
Sendspace platforması üzərindən maksimum 300 MB-lıq faylları göndərə bilərsiniz. Çox rahatdır və gün ərzində platforma üzərindən milyonlarla fayl göndərilir. Fayl göndərilərkən belə faylın linkini götürərək qarşı tərəf ilə paylaşa bilərsiniz. Qarşı tərəf linkə daxil olduqdan sonra faylı rahatlıqla yükləyə bilər.

İri həcmli fayllar göndərmək üçün 10 platforma - Cavid Abasov

3. Dropsend.com
Dropsend ilə 4 GB-a qədər olan faylı ödənişsiz göndərə bilərsiniz. Və yaxud 5 USD ödəyərək 8 GB-a qədər faylları qarşı tərəfə göndərə bilərsiniz. Sadecə bu platformada 5 ədəd limit vardır. 5 USD ödədiyiniz halda isə aylıq limit 15-ə qalxacaqdır. Dropsend əmin edirki sizin fayllarınız əmin əllərdədir.

İri həcmli fayllar göndərmək üçün 10 platforma - Cavid Abasov



4. Dropbox.com
Dropbox platforması da dünyada ən çox istifadə olunan platformalardandır. Bu platformadan istifadə edə bilmək üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat isə ödənişsizidir. Sualınız yaranarsa sayt üzərindən sualınızı ünvanlaya bilər və qısa zamanda sualınıza cavab tapa bilərsiniz. Digər platformalardan bir fərqi varkı faylın yüklənməsi üçün vaxt limiti vermir. İstədiyiniz qədər saxlaya bilrəsiniz. Əgər yükləmə yaddan çıxarsa belə bir müddətdən sonra eyni linkə daxil olaraq yükləmənizi edə bilərsiniz. Hətta ən böyük faylları belə bu platforma üzərindən göndərə bilərsiniz.

İri həcmli fayllar göndərmək üçün 10 platforma - Cavid Abasov

5. Mediafire.com
Mediafire platforması da Dropbox kimi qeydiyyatdan keçmək tələb edir. Platformada 3.75 USD qiymətinə ümumi 1 TB-lıq yer və ümumi 20 GB-lıq fayl göndərmə imkanı yaradır və bunlarla bərabər çoxlu imkanlar verir.

İri həcmli fayllar göndərmək üçün 10 platforma - Cavid Abasov



6. Infinit.to
Infiniti platformasını  digər rəqiblərindən fərqli tutan əsas məsələ sürətli və daha güvənli olmasıdır. Platformadan istifadə ilə bağlı ödəniş xərclərini aşağıdakı fotoda görə bilərsiniz.

İri həcmli fayllar göndərmək üçün 10 platforma - Cavid Abasov


7. Terashare.net
Digər platformalardan fərqli olaraq Bittorrent texnologiyasından istifadə edilir. Fayl yükıdiyiniz zaman Terashare-nin öz serverinə yüklənir. Yükləmə zamanı komputer sönsə də fayl serverə yüklənəcəkdir. Platforma 10 GB-lıq yükləmə imkanı verir. Platformaya nəzər saldıqda işləmə yönündən Wetransfer-ə bənzəməkdədir.

İri həcmli fayllar göndərmək üçün 10 platforma - Cavid Abasov



8. Wikisend.com
Platfomada maksimum limit 100 MB-dır. Çox sürətli və işə yarayan bir platformadır. Tamamı ilə ödənişsizdir.

İri həcmli fayllar göndərmək üçün 10 platforma - Cavid Abasov


9. Box.com
Box platformasında fayl göndərmək üçün qeydiyyatdan keçmək mütləqdir. Ən üstün cəhəti odurki fayl göndərilərkən kodlar tələb olunur ki, bu kodları istifadə etdikdən sonra sizin fayllara heç sistemdə çalışanlarda baxa biləzlər.  Ödənişsiz göndərmə limiti 250 MB-dır. Biznes hesabı isə 3.5 USD-dən başlamaqdadır. 

İri həcmli fayllar göndərmək üçün 10 platforma - Cavid Abasov




10. Senduit.com
Senduit platformasının çalışması çox bəsitdir.  100 MB-lıq limit verməkdədir. Linkdən faylın yüklənmə müddəti isə 30 dəqiqədən 7 günə qədər dəyişə bilər. Bunu isə özünüz seçirsiniz.

İri həcmli fayllar göndərmək üçün 10 platforma - Cavid Abasov

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok