İşlərin çox olduğundan demək olarkı həftə içində özümüzə, yaxınlarımıza yaxşı vaxt ayıra bilmirik. Bəzən isə hal elə olurki işlərin çoxluğundan işdən sonra bir neçə saat belə qalmalı olursan ki işləri yekunlaşdıra biləsən. Məsələ də ondadırki bu hər zaman belə davam edəcək. Həftə sonu isə o qədər sürətlə gəlib keçirki bir də gözünü açırsanki artıq səhərdir və işə hazırlaşırsan. Başlayır yeni həftə, stresli iş saatları, toplantılar, görüşlər, tədbirlər.
Son zamanlar özümü çox işə verdiyimdən artıq istirahətin, özümə və yaxınlarıma vaxt ayırmağın vacib olduğunu hiss etməyə başladım. Bu artıq məndə bir ehtiyac halına gəlmişdi. Bəs necə edək? Çünki çalışdığımız şirkətdə işlər çox, bizim üçün qoyulan tasklar çoxdur. Şirkətin işləri qədər şəxsi hədəflərimizi də bu işə qatanda görürükki həftə içində dostlara, ailəyə və özümüzə vaxt ayırmaq qətiyyən mümkün olmur. Bu o deməkdirki həftə sonunu mütləq şəkildə daha effektiv keçirməyə başlamalıyıq. Çünki 7 gündən bəzimizdə 2 bəzimizdə isə 1 gün istirahət günüdür. Bunu isə mütləq şəkildə dəyərləndirməliyik.
Bunun üçnü nə edə bilərik?
1. Öncədən istirahət günü üçün planlar hazırlamaq.
2.Dostlarımızla və ailəmizlə növbəti istirahət günü üçün məsləhətləşmək.
3. Gedilə biləcək və edilə biləcək ən yaxşı seçimləri etmək və arasından seçimlər etmək.
4. İstirahət ilə bağlı hədəflər qoymaq,
5. Özümüzü inkişaf etdirmək üçün kitablar oxuya bilmək və videolar izləmək.
Belə olan təqdirdə çox maraqlı həftə sonu keçirə bilərik və o həftə sonundan çox pozitiv enerji belə ala bilərik. Bu addımların istər şəxsi həyatımıza, istərsə şəsxi karyeramıza müsbət təsirləri düşündüyümüzdən də çox olacaqdır.
Gəlin görək əgər istirahət gününü maraqlı keçirsək o istirahət günündən alacağımız benefitlər yəni faydalar nələr olacaqdır.
1. Yeni iş həftəsində gümrah olmaq,
2. Yaxınlarımızla və dostlarımızla keçirtdiyimiz maraqlı vaxtın bizə qatdığı xoş əhval-ruhiyyə,
3. Yeni həftədə beynimizin daha yaxşı çalışması, yeni idealara açıq olması,
4. Qeyd etdiyimiz taskları qısa bir zamanda icra etmək və s.
Onun üçün əlimizdə olan istirahət günlərinin qədrini bilməliyik və istirahət günlərindən maksimum şəkildə ən düzgün formada istifadə etməliyik. Bax o zaman uğur da, xoşbəxtlik də qaçılmaz olacaqdır.
Hər kəsə işlərində və öz şəxsi həyatında uğurlar arzulayıram. :)