Son Paylaşım

Fərdi satışda rəqabət

Rəqabət bütün sektorlar üçün önəmli olan faktorlardandır. Rəqabət varsa inkişaf var. Əgər inkişaf varsa deməli o inkişafa ayaq uydurmaq üçün daha güclü rəqabət yaranacaqdır. Müasir iqtisadiyyatın bir nömərli təkan verici funksiyasıdır rəqabət. Bütün sektorlarda rəqabətin olduğunu və yaxud olması gərəkdiyini hər kəs təsdiqləyər. Bu gün maraqlı bir mövzuya toxunmaq istədim. Bir öncəki iş yerlərim daha çox satış yönümlü şirkətlər olduğundan fərdi satışda rəqabətin effektivliyinin şahidi olurdum.

Fərdi satışda rəqabət


Satış elə bir sahədir ki, fiks maaş + bonusa çalışdığından  daha çox satış etməkdə maraqlı olursan. Çünki satış etsən daha çox qazanacaqsan. Satış məsləhətçiləri isə heç bir zaman fiks maaşın marağında olmazlar. Hər satışdan qalacaq fazin yüksək olmasının marağında olarlar.  Gələk söylədiyim rəqabətə.
Deməli şirkət tərəfindən hər bir kəs üçün task-lər qoyulur və hər kəs öz task-ləri ilə məşğul olur və görüşlərini alıb gedirlər. Burada satışcılar arasında stimul veric bir qayda ortaya çıxır. Bu həftə ərzində kim çox satsa, kim çox dövriyyə eləsə, kim çox görüş götürsə kimi yarışmalar yaranır. Uduzan komandaya qonaqlıq verəcək, tort alacaq kimi uduşlar qoyulur. Bax bundan sonra əsl rəqabət yaranır. Bir lövhə iki yerə ayrılır və hər iki tərəfin görüşləri, qazancları öz tərəfində qeyd olunur. Satış məsləhətciləri maksimum gücləri ilə çalışırlar ki bu oyunda uduzmasınlar. Çünki hər biri özünü daha yaxşı satış məsləhətçisi kimi görür. Bu anda ortalığa çox yaxşı nəticələr çıxmağa başlayır. Həm satış məsləhətçiləri həm də şirkət davamlı olaraq inkişaf etməyə başlayır. Satıcılar özləri də bu rəqabətdə marağlı olurlar. Çünki onları həvəsləndirən, onları işə daha tez gətirib daha tez işdən çıxardan bir qüvvə var. Bu satış sektorunda on illərdir istifadə olunan rəqabətlilik qaydasıdır.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok