Son Paylaşım

Etsən də etməsən də zaman keçəcək

Hər hansısa planları qarşımıza qoyuruq və onlara doğru gedəcəyimizi düşünürük. Fikirləşirik ki il ərzində 20 kitab bitirsəm mənim üçün əla benefetləri olacaq bu kitabların. Lakin əlimizdə o kitabları oxumaq üçün o qədər çox imkanlarımız olur ki, o qədər çox vaxtımız olurki biz o kitabların üzünü açıb oxumuruq. Bəzəndə 1 neçəsini bitiririk və 15-16 hədəflədiyimiz kitab isə qıraqda qalır. İlin sonunda isə düşünürük görəsən niyə bitirə bilmədik bu kitabları. Niyə faydalana bilmədik bu boş keçən zamanlardan? Niyə əzm göstərə bilmədik? mübarizə edə bilmədik içimizdəki o hisslərlə?

Etsən də etməsən də zaman keçəcək - Cavid Abasov


Axı çox imkanımız var idi? Bu niyələr və axılar sonsuz şəkildə davam edib gedəcək. Sadecə əsas məsələ ondan ibarətdir. Biz bir şeyi anlamalıyıq. Biz istəsək də istəməsək də, biz bir şeyi etsək də etməsək də zaman keçib gedəcək. Yaxşı olmazmı ki bu keçən zamanı düzgün dəyərləndirək və öz planlarımızı həyata keçirdək. Çünki yalnız o planlardır bizi hədəflərimizə aparan.
Öz həyatımdan sizə yalnız bir misal çəkə bilərəm. Türkiyədə olduğum bir il ərzində öz qarşıma hədəf qoydum. Bir il ərzində nəyin bahasına olursa olsun 100 kitab bitirəcəyəm. Çünki o imkan və şərait var idi. Universitetin kitabxanası o qədər böyük və sakit idiki adam içərisindən çıxmaq istmirdi. Gunarta və axşam yeməyi bizim pul ilə cəmi 2 AZN edirdi. Belə olan halda mənim etmək lazım olduğum bir şey var idi. Səhər gedib dərslərdə iştirak etmək sonra isə gün boyu universitetin kitabxanasında vaxt keçirtmək. İlin sonunda isə mənim planımda olan kitabdan daha çox kitabı bitirmişdim. 113 ədəd kitab. Daha çox biznes, marketinq, araşdırma, reklam, motivasiya və karyera kitabları idi. Bunu etdiyim üçün isə peşman deyiləm. Bir dəfə olsa yenə edərəm və daha çox vaxtımı sərf edərəm. Daha çoxunu etməyə çalışaram.
Əlimizdə olan imkanlardan, fürsətlərdən çox yaxşı istifadə etməliyik. Həyata bir dəfə gəlirik. Zaman isə çox sürətlə gedir. Biz bir planı yazırıqsa, zamanlamalar qoyuruqsa əmin olduğumuz bir şey olmalıdır. Biz bunu etsək də etməsək də zaman gedəcək!
Hər kəsə öz işində uğurlar arzulayıram.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok