Son Paylaşım

Davamsızlığımız

Hər zaman hədəflər qoyuruq qarşımıza ki nələrisə edəcəyik. Vaxt ayırıb planlayırıq, işləri tasklara bölürük və özümüzü hədəflərə hazırlayırıq. Hələ hər yatmamışdan qabaq da bir fikirləşib, gülümsəyirik ki "əla" olacaq. Fikirləşirik ki "Gör necə pul qazanacam və yaxud gör necə filan işi edəcəm." və s.

Davamsızlığımız - Cavid Abasov


Sabahı günü başlayırıq bu işi görməyə. Bir müddətdən sonra isə başqa yeni fikirlər və planlar gəlir beynimizə artıq hal hazırkı plandan soyumağa başlayırıq və qoyuruq kənara. Hər şey də bax elə həmin anda bitir. Əzm, mübarizə və özümüzə inam o anda qurtarır. Onun üçün də çox vaxt o işin sonuna gedib çata bilmirik. Bir müddət keçir yeni planladığımız işi də hansısa səbəblərdən görə bilmirik və düşünürük ki o biri işi nə gözəl görürdüm də niyə saxladım ki? Aradada bir il vaxt itirdim. İndiyə görsəydim artıq çox yaxşı qazanc əldə edirdim.
Əlbəttəki bu yuxarıda verdiyim misal gəlir üçün idi. Yalnız bunu hər bir işimizdə görə bilərik. Həyatımızın hər bir sahəsində yaşaya bilərik. Sağlamlıq, diet, vaxta qənaət etmək, bloq yazmaq, kitab oxumaq, qaçışla məşğul olmaq, idmanla məşğul olmaq və s. Hər bir sahədə əslində uğur əldə edə bilərik sadecə bir nüans var davamsızlığımız.

Hər işdə bizim əzmimizi qıran, bizi ruhdan salan çox nüanslar olacaq. Gərək bu nüanslara aldanmayaq. Davamlı irəliləyək. Planlarımızı daima gözümüzün qarşısında tutaq. Biz bunu edə bilərik deyək. Hər axşam eyni şövq ilə yataq və hər səhər eyni şövq ilə duraq. Taki planımızı son mərhələyə daşıyana kimi. Əgər 3 aylıq plandırsa 3 ayın sonunda söyləyək ki bəli mən bunu etdim. Əgər bir illik plandırsa bir ilin sonunda söyləyək ki bəli mən bunu edə bildim və bundan da yaxşısını edə bilərəm.

Unutmayaq ki hər şey öz əlimizdədir və unutmayaq ki hər bir kəs üçün 24 saat var. Uğur qazananlar da qazanmayanlar da hətta heç bir iş görməyənlər də bu 24 saatı istifadə edir. Düzgün 24 saat və davamlı mübarizə bizi öz hədəflərimizə geci tezi aparacaqdır.

Güclü olaq dosltar! Hər kəsə uğurlar.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok