Son Paylaşım

Cavid Abasovun 2016 Bloq Hesabatı

Artıq bloqumun ikinci Yeni il bayramıdır və bloq hesabatımı 2-ci dəfə yayımlayıram. 2015-ci ildə 9 aylıq bir bloq nəticələrim var idi. İlk öncə bu nəticələri sizin ilə paylaşmaq istəyirəm ki. 2016-cı il ilə 2015-ci ilin fərqlərini görə bilək.

Cavid Abasovun 2016 Bloq Hesabatı


2015 bloggerlikdə mənim üçün uğurlu oldu. 2015-in fevral ayından etibarən özümə blog açaraq biznes, marketinq, satış, karyera və motivasiya mövzularında yazı yazmağa başladım. 9 ay ərzində 107 yazı yazdım. Bloqumun 9 ayda oxunma sayısı 13000-i keçdi. Bu ortalama hesabla 1 aya 12 yazı və 1450 oxunma sayı deməkdir.
15-dən çox sayt mənim toplamda 50-dən çox yazımı paylaşmışdırki, onlara dərin təşəkkürlərimi bildirirəm.
Yazılarımın ən çox oxunduğu 5 ölkə:
İndi isə 2016-cı il nəticələrini açıqlayıram.
Ümumi olaraq bloqumda toplamda 193 yazı yayımlanıb. Bu da o deməkdir ki 2016-cı ildə 86 yazım yayımlanıb. Ümumi olaraq oxunma sayısı 65000-i keçib. Bu o deməkdir ki 2016-cı ildə 52000 sayt trafiki olub. Aylıq 7 yazı düşsə də aylıq oxunma 4333 olmuşdur. Yazı sayı 2015 ilinə görə azdır ancaq oxunma sayı hardasa aylıq olaraq 2015-də olan oxunma sayısından 3 dəfə çoxdur.
Bundan əlavə olaraq Cavid Abasovun bloqunda baş verən və yaxın zamanlarda baş tutacaq yenilikləri sizə çatdırıram.

Baş tutmuş yeniliklər:

  1. Cavidabasov.com domainin aktivləşməsi,
  2. Partnyorlar səhifəsinin aktivləşdirilməsi,
  3. Bloqda reklam bannerlərinin yerləşdirilməsi,
  4. Cavidabasov.com Facebook səhifəsinin açılması.
Yaxın zamanda baş tutacaq yeniliklər:
  1. Professional araşdırmaların olması,
  2. SPSS dərsləri,
  3. Marketinq,Biznes,Satış dərsləri,
  4. "İnvest to Azerbaijan" layihəsi,
  5. "Real keyslər" rubrikası,
  6. Parnyorların sayının artırılması,
  7. Video bloqlar,

Düşünürən illər keçdikcə yeniliklərə ayaq uydurmaq üçün bizlər də istər şəxsi karyeramızda istərsə də şəxsi həyatımızda irəli addımlar atmalıyıq. Dayanmaq yox, yorulmaq yox əzm göstərmək lazımdır.
Hər birinizə 2017-ci ildə uğurlar diləyirəm.


About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok