Son Paylaşım

Böyük bir həvəslə hobbi olaraq etmək istədiyim işlər

Hər gün karyeramızda irəli getmək üçün müəyyən işlər görürük və müəyyən addımlar atırıq. Ofis daxilində günləri bir birinə hədiyyə edirik. Bütün günü toplantılar, strateji planlar, reportlar, təqdimatları hazırlamaq, xəritələrin cızılması, görüşlər keçirmək və sairən task-lar yerinə yetirməklə məşğul oluruq. Bu bir zamandan sonra isə insanı yormağa başlayır və marketing kimi maraqlı sahədə olsan bəzən daha çox fərqliliklər qatmaq istəyirsən həyatına. Bu məqamda biraz işə rəng qatmaq gərəkli olur. Düşünürəm müəyyən hobbilərlə məşğul olmaq bizə bu stresslərdən qurtulmağa, həyatımızı daha xoş keçirməyə və əsas işimizdən də bir o qədər zövq almağa yardımçı ola bilər.

Böyük bir həvəslə hobbi olaraq etmək istədiyim işlər


Hal hazırda bloq yazmaq mənim əsas hobbilərimdən biridir. Öyrəndiklərimi, gördüklərimi, eşitdiklərimi və düşündüklərimi bir platformada yazılı formada paylaşmaq məni daha çox nələrsə etməyə və daha çox öyrənməyə sövq edir. Oxuyucu sayısını görəndə və oxuyucuların xoş söz söyləməsi bu prosesi daha da sürətləndirir.
Başqa hansı hobbilərə həvəsim var onları qeyd etmək istərdim. Əsas işimdən əlavə olaraq hansı işlərlə məşğul olmaq istərdim.

1. Aşbaz olmaq istərdim. Yalnız davamlı olaraq yeni reseptlər hazırlamaq və bu reseptləri insanlarla paylaşmaq istərdim. Düşünürəm çox maraqlı sahədir. Hələ bir də buna çox zaman ayıra bilərsənsə. :)

2. Səyahətçi olmaq istərdim. Bir bir ölkələri gəzərək maraqlı yerlər barədə insanaları məlumatlandırmaq istərdim. Əlbəttəki insanları məlumatlandıramaq ilə bərabər yaxşı yerlər kəşf etmiş olardım.

3. Kitabxanada işləmək istərdim. Daha çox kitab oxuya bilmək və bu maraqlı kitabları insanlara tövsiyyə etmək üçün əla bir iş olardı. Təəssüf olsun ki son zamanlar oxumaq istədiyim kitabların siyahısı bir birinin toplanaraq qalır. Bu mənim üçün əla bir fürsət olardı ki, istədiyim kitabları oxuyardım.

4. Son zamanlar Türkiyənin video bloqerlərini izləyirəm. Həm Youtube üzərindən yaxşı qazanırlar həm də istədikləri kimi həyatdan zövq alırlar. Çünki hər günləri bir maceradır. Bundan gözəl nə ola bilərki. Bəzən də onlar kimi olmaq istərdim. Bunu bir hobbiyə çevirmək istərdim.

Düşünürəm bu kimi işləri hobbi kimi etmək mümkündür. Ancaq zaman elə tələb edir ki, hobbini də seçərkən diqqət yetirilməsi əsaslardan biri hobbinin bir müddətdən sonra sənə mənəvi bir şeylər qatması ilə birlikdə maddi bir şeyləri də qatmasıdır. 
Hər bir kəsin bir hobbisi olmalıdır məncə. Aşağıdan şərhdə siz də öz etdiyiniz və ya etmək istədiyiniz hobbini qeyd edə bilərsiniz. Səbəbini də yazasanız əla olar.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

1 yorum

Əvvəla yazıya görə təbrik edirəm, əla alınıb. Sanki düşüncələrimə dəstək olmuş kimi hiss etdim.

İkinci və üçüncü məsələdə səni dəstəkləyirəm. Mənimdə sevdiklərim arasındadır.
Mənim özümə gəldikdə isə mən sevdiyim iş portret fotoqrafiyadır. Planlarımdan da birincisi bu işi hobbi olaraq yox, sırf professional kimi davam etdirməkdir. Hobbi olaraq maarifləndirici saytlar üçün yazılar hazırlayıram və blog yazmağa başlamışam...

Balas