Son Paylaşım

Bloqumda 200-cü yazı

Artıq 2 ilə yaxındır ki bloq saytım fəaliyyət göstərməkdədir.200-cü yazıdır bu və bununla bağlı çox qısa yazmaq istədim. 

Bloqumda 200-cü yazı - Cavid Abasov


Bloqa necə başlamağım yadımdan çıxmır. Türkiyədə magistr təhsilinə yeni başlamışdım. Marketing ilə bağlı yazılar axtardığım zaman. Maraqlı yerli bloq saytları ilə qarşılaşdım. Mən də hədəf qoymuşdum ki il ərzində 100-dən çox kitab bitirəcəkdim. Çünki ən azından bizim fakültə boyda kitabxana bizə pulsuz xidmət göstərirdi. Dedim bloq açaraq oxuduqlarımı, gördüklərimi bloqumda qeyd etməli və yaxınlarla dostlarla paylaşmalıyam. Belə də etdim artıq 200-cü yazımı bloq üzərindən paylaşıram. Bu yazılardan bəzilərinə 1 saat bəzilərinə isə 2 gün sərf etmişəm əgər ortalama bir yazını 3 saatdan hesablasaq, mən 32 günümü bloquma həsr etmişəm. Buna görə peşmanammı? Qətiyyən peşman deyiləm! Hətta hər kəsi bildiklərini, oxuduqlarını paylaşmağa dəvət edirəm.
Yaxında isə bloq yazarlığını daha da inkişaf etdirib, cavidabasov.com üzərində cəmiyyətə yararlı yazılar və araşdırmalar təqdim edəcəyəm. Bu arada mənə hər zaman dəstək olan dostlarım, sizlərə sonsuz təşəkkürümü bildirirəm. :)

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok