Son Paylaşım

5 dərəcə səhv istiqamət

Bütün işlərimizdə çalışırıq ki, hədəflərə gedən yolda özümüzə planlar qoyaq və planları doğru şəkildə yerinə yetirək. Bəzən bu planları vaxtında edirik və qoyduğumuz hədəflərə çatanda isə başqa bir mənzərə ilə rastlaşırıq. Bəs əvvələ qayıdaraq özümüzə sual vermişikmi? Planları düz təyin etmişikmi?

5 dərəcə səhv istiqamət-cavid abasov


Yaxın zamanlarda bir keys eşitdim. Əgər bir pilot təyyarə idarə etməyə başladığı zaman, mərkəzdən naviqasiya xəritəsindəki istiqaməti 5 dərəcə yalnış ayarlanarsa o istədiyi ölkəyə deyil başqa bir ünvana, başqa bir ölkəyə çatacaqdır. Bu çox gözəl bir misaldır. İnsan həyatı da belədir. Həyatımız çox qısa və sürətli şəkildə davam edir. Bu qısa zamana maksimum effektiv  ayaq uydurmaq və həyatımızdakı planı maksimum şəkildə düzgün planlamalıyıq. Sözün əsl mənasında 100 ölçüb 1 biçməliyik. Ancaq bu 100 ölçmə 1 biçmə zamanı çox vaxt itirmək də olmaz. Mən 10-larla şəxs tanıyıram ki, yaş olub 30, hələ də nə istədiklərini bilmirlər.
O zaman istər yaxın dönəmli istərsə də uzun dönəmli olsun plan və strategiyalar yazarkən dəqiq fikirləşməliyik. Bəzən də insanlar illərini bir işə sərf edirlər və bir neçə müddətdən sonra anlayırlar ki əslində istədikləri bu deyilmiş. Artıq onda gec olur. Bax əsl itki də elə o illər olur.
Təəssüf olsun ki bizim cəmiyyətdə valideynlər, böyüklər kiçiklərə yol göstərməkdə gecikirlər və yaxud düzgün yol göstərmirlər. Bu da ümumi olaraq cəmiyyətimizin hələ də istənilən inkişafa hazır olmaması ilə nəticələnir.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok