Son Paylaşım

Şirkət Üçün Newsletter Sistemi (1-ci yazı)

Günümüzün biznesində davamlı olaraq müştərilərlə qarşılıqlı əlaqədə olmaq, onları yeni xəbərlərdən xəbərdar etmək, yeni kampaniyalardan və yeniliklərdən xəbərdar etmək önəmli olan biznes gedişlərindən biridir. 

Şirkət Üçün Newsletter Sistemi (1-ci yazı) - Cavid Abasovun bloqu


Müasir biznesdə istifadə olunan digər kammunikasiya xəttləri qədər mail üzərindən göndərilən reklam və xəbərlərin də önəmi özlüyündə qalmışdır. Onun üçün də qərara gəldim ki, şirkət üçün newsletter sistemi önəmindən və bu sistemi necə yarada biləcəyimizdən bəhs edim. Newsletter mail üzərindən göndərilən qazet və yaxud jurnal funksiyasıdır. Düzdür son illərdə insanların çoxu sosial platformada daha çox vaxt keçirirlər. Çoxunuz söyləyə bilərsiniz ki, nə gərək var mail ilə nəsə göndərməyə? Ancaq nəzərə almaq lazımdır ki :
1. İnsanlar üçün şəxsi maillər hər zaman önəmli faktor olmuşdur. 
2.Ciddi şəxslər hər zaman mailinə gələn hər bir mesajı açıb oxuyub dəyərləndirməkdən yana olmuşdur. 
3. Ağıllı telefonlarda sistem hesabları bir başa mail ilə əlaqəlidir. Mail gəldikdə ekranda göstərməkdədir.
4. Söyləyəcəyimiz newsletter sistemi spam deyil bir başa mailin əsas qutusuna düşür.
5. Rəqabətliyin artdığı bir vaxtda müştəriləri daima izləmək və CRM sisteminə yardımçı olmaq gərəkdir.
6. Göndərəcəyiniz mail sadecə yazı kontentindən ibarət deyil. Burada fotolar, başlıqlar, linklər, fərqli xəbərlər və açıqlamalar qoymaq olar. Yəni vizualı çox cəzbedici olur.
7. Rəqabət üstünlüyünüz olacaq.
8. Analizlər apara biləcəksiniz və hədəf kütlənizin daha çox nəyə ehtiyacı olduğunu biləcəksiniz və s.

Bu sistemi qurmaq üçün yola çıxdım və araşdırmalar etdim ən uyğun platformanın Mailchimp olduğunu təyin etdim. səbəbini isə belə izah edə bilərəm. Bir neçə məsləhət aldığım şirkətdə istifadə olunan platforma bu idi. Bundan əlavə olaraq mail platformaları içində ən reytinqlisi Mailchimp-dir.
Buradan özünüz də baxa bilərsiniz. >>> Mail sistemləri <<<  Mailchimp üzərindən hər gün 600 milyon mail göndərilir ki. Bunlarda hər biri tənzimlənmiş və spam olmayan maillərdir.

O zaman nə üçün hələ də gözləyirik? Hansı şirkətdə işləməyinizdən aslı olmayaraq öz newsletter sisteminizi yaratmağın vaxtıdır. 


Newsletter sistemini aktiv et - Mailchimp (2-ci yazı)




About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok