Ümumiyyətlə
düşünürəm təcrübəli şəxlərlə görüşlərin olması, onlarla həm söhbət olmaq, 2-3
saatlıq belə olsa onlarla biznes üzərindən müzakirə aparmağın verdiyi təcrübə və
biliklər bir neçə aylıq kitab oxumağın verəcəyi bilgi və təcrübə ilə eynidir.
Mütəmadi olaraq istər gördüyüm proyektlərdə olsun, istər
çalışdığım şirkətdə olsun biznesmenlərlə və öz karyeralarında uğurla irəliləmiş
insanlarla görüşlər mənə qismət olur. Elə bu yaxınlarda Azərbaycan Respublikası
Təhsil Nazirliyində Finans proyektləri üzrə mütəxəsis, Andrew's Ties Baku-nun rəhbəri,
və bir çox xarici qurumlarda konsultant xidməti göstərən Yavər Məmmədov ilə
görüşüm baş tutdu.
Yavər
bəylə görüşümüz o qədər maraqlı keçdi ki 3-4 saatın keçməsinə baxmayaraq mən elə
bilirdim ki hələ ki bir saat keçib. Yavər bəy o qədər düzgün, səlist və maraqlı
danışırdıki qulaq asmaq və onunla həm söhbət olmaq mənim üçün həqiqətən xoş
idi. Yavər Məmmədov sözünə "Hər kəs Azərbaycan üçün nəsə etməlidir"
cümləsi ilə başladı. Həqiqətəndə vətənpərvərliyi və öz millətinə olan sevgisi
bütün cümlələrində hiss olunurdu. Çətin məqamlarda bir birimizin dayağı
olmalıyıq, dövlətimizə və hər bir ətrafımızda dəstəyə ehtiyacı olana dəstək
verməyimiz lazım olduğunu dönə dönə söyləyirdi. Bundan əlavə olaraq dünya görüşü,
finans bilikləri, biznes anlayışı yüksək səviyyədə olan Yavər bəydən aldığım
"açar"prsinsibləri sizin ilə paylaşacağam.
İlk
öncə Yavər bəyin uğurları barədə məlumat vermək istərdim. İlk dəfə Azərbaycan
Respublikası Təhsil Nazirliyində çalışarkən irəli sürdüyü "Tələbələrə ğdənişin karta keçirilməsi" təklifi qəbul olmuş və həyata keçirilmişdir. Yəni
indiki tələbələrin kartdan stipendiya almasını illər əvvəl ilk dəfə Yavər bəy təklif
edib. Karyerasında uğurlu irəliləməsindən əlavə olaraq İtaliyanın məhşur qalstuk
markası olan Andrew's Ties markasının françayzinqini əldə edib. Andrew's Ties
Baku uzun zamandır Bakıda iki yerdə geniş işçi qüvvəsi ilə biznes və iş
adamlarına xidmət göstəməkdədir. Yavər bəyin rəhbərliyi altında Azərbaycana məxsus
olan qalustuklar ərsəyə gətirilmiş və Azərbaycanlı iş adamları tərəfindən çox
yaxşı qarşılanılmışdır. Qalustuklar arasında "Qarabağ", "Xarı
Bülbül" , "Qobustone" qalustukları həqiqətəndə möhtəşəm və Azərbaycanı
dünyada layiqincə təmsil edə bilən işlərdir.
Yavər bəyin bu qalustukları təsis edərkən düşündüyü əsas məqsədələrdən olan Vətənə xeyir verməkdir. Çünki o, düşünürki iş adamarı, dövlət işçiləri səfərə çıxarkən Azərbaycan atributlarını üzərlərində daşımalı və Azərbaycanı tanıtmalıdırlar. Bundan əlavə olaraq bu atributlardan güc və qüvvə almalıdırlar.
Yavər
bəy ilə keçən 2-3 saatlıq görüşdən aldığım biznes və karyera üçün
"açar" prinsibləri istəyirəm maddə-maddə sizinlə paylaşım.
1. Hər
hansısa bir iş gördüyümüz zaman Vətəni və ətrafımızdakı insanları, onların
xeyirlərini düşünməliyik. Bu prinsib həqiqətəndə qısa zamanda bizi hədəflərimizə
daşımaqda böyük rol oynayacaq.
2.
Heç bir zaman geri çəkilməməliyik. Davamlı olaraq əzm və mübarizə
aparmalıyıq. 2 dəfə devalvasiya
yaşamağımıza baxmayaraq, iqtisadiyyatımızdakı durğunluğa baxmayaraq məhsullarını
idxal edən bir şirkət üçün ayaqda qalmaq həqiqətəndə çətindir. Brend və yuxarı
qiymətli məhsullar satmasına baxmayaraq Andrew's Ties Baku-nun ayaqda
qalmasında Yavər bəyin təcrübəsi və biliyi rol oynayıb. O belə bir nəticə əldə etmək üçün çətin bir zamanda orta
bir strategiya tutmağın vacib olduğunu dəfələrlə söylədi.
3.
Daima yeni bilgilər əldə etməli, işimizi mükəmməl bilməli və bunun üçün səy
göstərməliyik. Heç kim sizin əvəzinizə sizin işinizi görməyəcək söyləyən Yavər
bəy bu sözü ilə öz işimizi daima özümüz nəzarətdə saxlamağımızı bizə bildirmək
istəyir.
Təcrübəli
şəxslərdən, uğurlu insanlardan öyrəndiyimiz biliklər və onlarla keçirtdiyimiz
zaman həqiqətən qızıla bərabərdir. Bu bilgiləri yaxşı qavramalı və onlardan öz
işimizdə və şəxsi karyeramızda istifadə etməliyik.