Fərqli bir məhsul ilə sektora girmək, fərqlilik yaratmaq,
olan bir məhsulu dəyişərək bazara daha fərqli təqdim etmək işin böyük hissəsinin
görülməsi deməkdir. Və bu uğurlu işin sonlanması üçün hansı dəstəklərin lazım olduğunu sonda maddə
maddə qeyd edəcəyəm.
İndi isə gəlin baxaq niyə sektorda ilk olmaq önəmlidir. Düşünürəm biznesdə əsas məsələ lider ola biləcəyimiz sektoru özümüz özümüz üçün yaratmalıyıq. İlk olmaq ğnəmlidir və həqiqətən uğurlu bir məhsul ilə uğurlu bazara girilirsə əldə olunan dəyər yüksək olur. Bundan sonra isə olduğunuz sektorda o məhsuldan və ya o məhsula bənzər nə qədər məhsul
çıxsa da, siz o bazarda rəqabət gücünə sahib olduğunuz müddətcə o məhsullar sizin
adınız ilə hallanacaq. Pampers kimi, Rexona kimi və yaxud avtomobil sektorundan olan Jeep kimi (SUV-lər hələdə jeep olaraq çağırılır) və s. Bilirsizdə yəqin bizim
pinqivin salafan paketlər dediyimiz əslində 15-20 il əvvəl Azərbaycana gətirilən İranın "Pinqivin" markalı salafan paketlərdən
qalmadır.
Oxuduğum bir kitabda belə bir şey qeyd olunmuşdu.
1. Atlantik okeanını ilk dəfə təyyarə ilə keçən şəxs kimdir?
Bəli, Charles Lindbergh.
2. Bəs Atlantik okeanını ikinci dəfə təyyarə ilə keçən şəxs
kimdir? Çoxda asan sual olmadı, elə deyilmi?
Atlantik okeanını təyyarə ilə ikinci dəfə keçən şəxs
Hinklerdir. Hətta Lindbergdən daha yaxşı nəticə göstərmişdir. Ancaq kim
maraqlanır Hinkler ilə? Hər kəs ilki yadda saxlayır.
Kola sektorunda 100-lərlə kola istehsal olunsa da Coca-cola
bazarda payın böyük hissəsinə sahibdir. İlk olduğu üçün. Coca-Cola ən yaxın izləyicisi
Pepsi-yə rəqabət şərtlərinin artması üçün bəzi imkanları yaratmaqdadır.
İkinci dünya müharibəsindən sonra
Amerikaya ilk idxal olunan pivə markası Heineken oldu. Ondan sonra 100-lərlə hətta
təxmini rəqəm deyilsə 500-dən çox pivə markası idxal olundu. Yəqinki dad olaraq
Heinekendən daha yaxşıları var idi içlərində. Ancaq Heineken uzun müddət idxal pivə marakaları arasında lider olaraq qaldı.
Keçək mövzunun əvvəlindəki yeni məhsulun uğurlu olması üçün
daha nələrin lazım olduğunu qeyd etməyə. Yəni ki məhsulun yeni olması kifayət
etmir.
1.Ehtiyaca uyğun məhsul. Əgər bir yeni məhsulu bazara təqdim
ediriksə və bu məhsula heç bir ehtiyac yoxdursa məhsulun bazara çıxarılması
boşuna və artıq xərcdir.
2. Hədəf kütlə. Düzgün hədəf kütləyə xitab etmək mütləqdir.
3. Maksimum şəkildə təşviq etmək. Rəklam və marketinq xərcləri
çox olmalı və daima yeni və düzgün marketing strategiyalarla məhsul dəstəklənməlidir.
Bu maddələri də məhsulun yeni olmasının üzərinə gəlsək,
bazara çıxaracağınız məhsulun uğurlu olmasında, sizin isə o sektorda lider
olmağınızda heç bir əngəl qalmayacaqdır. Fors major halları çıxmaq şərti ilə.