Nəyi
istədiyimizi və o istədiyimizə necə gedəcəyimizi yaxşı bilməliyik.
Milyardalarla insan olduğuna görə elə o qədər də xasiyyət və fərdi düşüncə tərzləri
var. Elə ona görədirki kimiləri milyonlar qazandıqda kimiləri aylarla qazanc əldə
edə bilmir. Elə ona görədir ki kimiləri bir saatını böyük pullara satarkən,
kimiləri gecə gündüz işlədiyi aylığ müddətini kiçik büdcələrə satmaqdadır. Elə
ona görə də söyləyirəm ki uğurlu olmaq üçün nə etmək istədiyimizi yaxşı bilməliyik.
Kim olmaq istəyirik və harada olmaq istəyirik suallarına dəqiq cavab tapıb, o
yöndə addımlar atmalıyıq.
Yaxın
zamanlarda Pərviz Əsədov ilə görüşüm baş tutdu. Pərviz, 8 il böyük şirkətlərdə
mühəndis işlədikdən və karyerasında müəyyən uğurlar əldə etdikdən sonra özünü
bu sahədə görmədiyini hiss edib sonra özünə şəxsi biznes quran dostumuzdur. Özündə
daha çox incəsənətə marağın olduğunu hiss edən Pərviz, qısa zamanda Azərbaycan
incəsənətində yeni bir axın yarada bilib və özünə məxsus iş emalatxanası hazırlayıb. İnək dərisinin tük olan hissəsində möhtəşəm rəsmlər çəkməyə
başlayan Pərviz, qısa zamanda uğurlu olmağa başlayır. Düzdür Azərbaycanda rəsm
işlərinə verilən dəyər çox olmasa da, xüsusi bir kontingent onun əsərlərinə
maraq ilə yanaşır. Bu yaxınlarda 1 aylıq Amerikada olan və orada öz əsərlərini sərgiləyən
Pərviz bir daha hədəflərində nə qədər qəti və əzmli olduğunu nümayiş etdirmiş
oldu.
Mənim
üçün isə Pərvizlə həm söhbət olmağımın maraqlı tərəfi, insanların öz istəklərinin
arxası ilə getməyinin nə qədər doğru olduğunu sezməyim oldu. Neçə il bir sahədə
çalışasan, ancaq neçə ildən sonra içindəki o istəyinin arxası ilə gedəsən, uğurlu olasan və əvvəlki
həyatına nisbətən hər şeydən daha çox məmnun olasan. Söhbət zamanı Pərviz bu
işlərin arxası ilə sona qədər gedəcəyini və öz hədəflərinə çatacağını davamlı
olaraq vurğulamaqda idi.
Pərviz
Əsədov ilə söhbətdən, onun işə yanaşmasından öyrəndiyim bir çox şeyləri sizin
ilə də bölüşmək istərdim.
1.
İlk öncə hansısa sahəni sevməyimiz lazımdır. Özümüzü heç bir sahədə görməsək, nəyi
istədiyimizi bilməsək heç vaxt öz istəklərimizin arxası ilə gedə bilməyəcəyik.
Çünki heç istəklərimizin nə olduğunu bilməyəcəyik.
2. Həyata
bir dəfə gəlirik. İş olaraq nəyi etmək istəyiriksə, biznes olaraq nəyi qurmaq
istəyiriksə bu gündən əlimizi qolumuzu çırmalayıb o yöndə addım atmalıyıq. Əks
halda istəmədiyimiz yerdə illərimizi və həyatımızın ən önəmli çağlarını itirəcəyik.
3. Tək
ayağda durmağı bacarmaq gərəkdir. Heç kimin köməyi olmadan, heç kimdən yardım
ummadan güclü insan olmaq gərəklidir. Yalnız o zaman işlərimizin ipini əlimizdə
saxlaya bilərik.
4.
Heç bir işi itirməkdən qorxmaq gərəkli deyil. Əgər özümüzə güvəniriksə, əgər həqiqətən
güclüyüksə heç bir zaman işsiz qalmayacağıq. Sadecə davamlı olaraq öyrənmək və
inkişaf etmək mütləqdir.
Hər
bir kəsə öz istədiyi və arzuladığı işdə olmasını arzulayıram. Hansısa işləri
görürüksə bunun ətrafımıza, özümüzdən sonra gələnlərə və Vətənimizə xeyirli
olmasını təmin etməliyik.