Şəxsi
biznesə sahib olmaq çətin olmasa da asan proses deyil. Lakin əgər bunu özünüz
0-dan yaradırsınızsa deməli çox çətinliklə üzləşəcəksiniz. Rəqabətin və mübarizənin
daha da intensivləşdiyi bir məqamda yenilikçiliyə yönələnlər bir addım öndə
olanlardır.
Qax rayonundan olan Fəqan Mahmudov 3-4 il bundan əvvəl Bakıda heç
bir kafedə Qax yeməklərinin olmadığını gördü. Yenilik edərək Qax restoranını
Bakıda açmağa qərara gəldi və bankdakı işinə son qoydu. Əvvəlcə daha kiçik
yerdən başlayan Fəqan qısa bir zamanda bu yerin ona yetmədiyini və kafeni daha
da böyütməli lazım olduğunu görərək yeni bir restoran-kafe götürdü. Adı isə
Qaxac oldu. Bu restoranda Qax rayonunun ən dadlı yeməyi olan Sürühlü və digər
Qax yeməkləri verilir. Qısa bir zamanda hədəflədiyi müşdərini əldə etdi. Hal
hazırda kafelərin sayını 2-si Bakıda 1-i rayonda olmaqla 3-ə çatdırıb.
Bu
yaxınlarda Fəqan Mahmudov ilə bir görüşümüz oldu və biznesdən və gələcək
planlarından danışdı. Əslində hər bir
işin asan baş vermədiyini söyləyən Fəqan, inam və əzmin olduğu yerdə hər bir
şeyə nail ola biləcəyimizi söylədi. Hədəfləri çoxdur. Qaxac şəbəkəsini
artırmaq, daha yaxşı brendinq və digər bizneslərə də daxil olmaq istəyir.
Söylədiyi söz bu günə kimi yadımdadır. Mən inandım və bacardım. İndi isə
inanıram ki daha yaxşısını edəcəyəm və bunun üçün də səy göstərəcəyəm. Fəqan ilə
həm söhbət zamanı gənc olmasına baxmayaraq dünya görüşü və bacarığı göz
qabağında idi. "Həqiqətən hər bir şey insanın öz əlindədir" prinsibini danışdıqca kər kəsə hiss etdirə bilən insanlardandır. Əgər sən bir ildən sonra bir iş
qurmaq istəyirsənsə elə bu gündən başlamalısan.
Yox əgər 3-4 ay gecikdirsən və qoyduğun "dedline"lərə vaxtında əməl etməsən deməli bir ildən sonra nə iş qurmuş olacaqsan nə
də iş qurmaqdan söhbət gedəcək.
Söhbətin
gedişatında Fəqan bir neçə özünün bizneslə bağlı düşüncələrini paylaşdı.
1.
Yenilikçi olmaq lazımdır. Heç kimin etmədiyini etmək və yaxud kiminsə etdiyini
daha fərqli cür etmək lazımdır.
2. Əgər
məqsəd qoymusunuzsa qarşınıza, geci tezi o məqsədə çatacaqsınız. Yetərki geri
qayıtmayın.
3.
İşinizin başında nəzarətçi olaraq ancaq özünüz durmalısınız. Əgər işləriniz
çoxdursa iş prosesini yaxşı izləməli və hər şeyi standartlaşdırmalısınız.
4. Öz
sahənizi çox yaxşı öyrənin, digər gələcəkdə görəcəyiniz bizneslər indi gördüyünüz bizneslərin
üzərindən qurulsa daha effektiv olar.
5.
Sağlam rəqabət aparın. Rəqbilərinizi və müştərilərinizi davamlı olaraq nəzarətdə
saxlayın.
Daha
yaxşı həyat standartları üçün hədəflərə gedərkən qarşımıza çıxan maneələrdən qətiyyən
qorxmamalıyıq. Pis günün ömrü az olar. Daima yaxşı gün üçün çalışmaq lazımdır.
Uğurlar arzulayıram sizə.