Hər bir sektorun özünəməxsus şəkildə tədbirləri və bu tədbirlərin özünəməxsus qaydaları olur. Həyat davamlı olaraq yeni bir şeylər öyrənmək tələb edir. Hər bir görülən işdən dərs çıxartmaq lazımdır. Yalnız o zaman sürətli inkişafdan söz açmaq olar.
Bu yazıda sizin ilə bir sıra vacib bildiyim və hər bir tədbirdə(konfrans, sərgi, toplantı, açılış mərasimi və s.) işlərimizi yolunda tuta biləcək qaydaları paylaşmaq istəyirəm.
1. Tədbirin şirkət üçün faydalarının təsbit edilməsi.
İlk öncə keçiriləcək tədbirin şirkət üçün nə kimi faydalarının olduğunu təsbit etmək gərəklidir. Yalnız o zaman tədbir üçün görüləcək işləri dəqiq planlamaq olar.
2. Görüləcək işlərin təsbit edilməsi.
Faydaları təsbit etdikdən sonra tədbirin öz konsepsiyasını da nəzərə alaraq tədbirdə görüləcək işlər bəlirlənməlidir.
3. Dəqiq planlama
Tədbirin müddəti və tədbirdə görüləcək işlərin zamanı planlanmalıdır. Bundan əlavə olaraq kollektivin toplanması, lazımı ləvazimatların və promo məhsulların planlaması, tədbirlə bağlı işləniləcək agentliklərin planlanması və onlarla danışıqların aparılması və işlərin dəqiqləşdirilməsi vacibdir.
4. Hər bir görülməsi lazım olan iş üçün 2, 3 alternativin olması,
Tədbir zamanı görüləcək işlər üçün daima bir neçə alternativ variantlar lazımdır. İstər əməkdaşlıq edilən agentliklərin alternativləri və bundan əlavə olaraq görüləcək işlərin hər zaman bir B planı olmalıdır. Səbəb isə odur ki, əlimizdə olmayan səbəblərdən bəzən işlər yolunda getmir. Bu zaman biz mütləq B planını işə salmalıyıq.
5. İşləri mükəmməl etmək üçün çalışmaq.
Əlbəttə heç bir zaman mükəmməl iş görmək mümkün deyil. Ancaq çalışmalıyıq ki maksimum dərəcədə mükəmməlliyə yaxın bir iş görək. Əgər sizin marka ilə bağlı qlobal və yaxud yerli standartlarınız varsa bu standartlara maksimum uymağa çalışmalısınız.
Nəticə olaraq düşünürəm ki tədbirdən maksimum fayda əldə etmək lazımdır. Əgər məqsəd satış artışıdırsa, satışda artış olmalıdır. Əgər tədbir imicə yönəlikdirsə, tədbir və tədbirdən sonra marka imicin artımında mütləq şəkildə yaxşıya doğru dəyişiklik olmalıdır.
Hər kəsə işlərində uğurlar diləyirəm.