Son Paylaşım

Marketinqdə Rənglər Danışır 2-ci Hissə

Rənglər, kinolarda, reklamlarda, kliplərdə, jurnallarda, qazetlərdə, billboardlarda, buklet və s. insanlara xitab edən vasitələrdə həm şüuri həmdə şüuraltı məqsədlər üçün istifadə olunur. 
Colors Talk in marketing  Part 2



""" Marketingdə Rənglər Danışır 1-ci Hissə """ yazısında bəzi nüanslar yarımçıq qaldığı üçün yazının davamını 2-ci hissəyə saxladım. Bu yazıda  əsasən marketinqdə rənglərin rolundan  və reklamlarda və digər təşviq etmə metodlarında hansı rənglərin daha effektiv olduğundan söz açacağam. Marketoloqların əsasən məqsədi müştərilərin, istehlakçıların fikirlərini məhsula yönəltmək onda məhsulu alması üçün arzu yaratmaqdır. Biz bunu hiss etməsəkdə bəzən məhsulu alarkən onun üzərində olan etiket, və yaxud qutusunun rəngindən təsirlənirik.
Colors Talk in marketing  Part 2Deməli 1979-cu ildə ildə rənglərin gözlə təmasını ölçmək üçün "takistoskop cihazı" ilə bir araşdırma edilmişdir. Müxtəlif rənglər cihaz içərisidə 1/3000 saniyə içərisində yerləşdirilmişdir. Yəni rənglər 1 saniyədə öz aralarında 3000 dəfə dəyişməkdədirlər. 1000-lərlə insan cihaza baxdıqdan sonra hansı rəngin daha çox gözlə təmasda olduğu  faizlərlə aşağdaki kimidir.
  • Narıncı           21.4 %
  • Qırmızı           18.6 %
  • Göy-mavi        17.0 %
  • Qara.              13.4 %
  • Yaşıl.              12.6 %
  • Sarı.               11.5 %
  • Bənövşəyi.     5.0 %
  • Boz.                0.5 %

Məlumata baxsaq narıncı və qırmızı kimi rənglər daha effektivdir və bu özünü markalardada göstərməkdədir. Markalarda əsasəndə qırmızı rəngdən çox istifadə olunur.
Qırmızı rəng: aktiv və dinamikliyi ilə sevginin, istəyin, ehtirasın, təhlükənin, diqqətin həyatın rəngidir. Özünü şüuraltına güclə yerləşdirməyi bacarır. Bu rəngin şüuraltında  yaratdığı vacib duyğular insanları həyəcanlanmağa və tez bir zamanda hərəkətə keçməyə məcbur edir. Coca-cola, McDonald's kimi  nəhənglər bu rəngdən necə lazımdır istifadə etmişlər. Ferrari bu rəngə çox önəm verməkdədir. Pərakəndə sektorunda məhsulunun paketləmə və vitrində digər məhsullara nisbətən daha gözə batan olmasını istəyən şirkətlər bu rəngdən çox istifadə edirlər.
Colors Talk in marketing  Part 2
Yaşıl rəng: Bu rəngi hamımız yaxşı bilirik ki insanlara inam verməklə bərabər sağlamlığın rəngidir. Bu rəng daha çox istirahət zonalarında, restoranlarda, apteklərdə, xəstəxanalarda istifadə olunmaqdadır. Şirkətlər məhsullarında  Green Marketingdən istifadə etdiklərində, öz məhsul paketlərində bu rəngə kiçikdə olsa yer verirlər. (""Green Marketing ""  haqqında bu yazımdan oxuya bilərsiniz)
Qara rəng: Bu rəng daha çox ölüm, qorxu və pisliklərin rəngidir. Ama bir qəribəsi ondadırki bu rəng həmdə prestij, lüks və yüksək məqamın nişanəsidir. Mersedes, BMW və bir çox avtomobil şirkətləri ilk yeni növ maşınlarını bazara çıxartdıqlarında bu rəngdən istifadə edirlər. Magnum dondurmaları reklamlarında bu rəngdən çox istifadə etməkdədir.
Göy-Mavi: İnsanları sakitləşdirici bir rəngdir. Bir şeylər yemək istəyini azaltmaqdadır. Ona görədə çox şirkətlər məhsullarını qablaşdırarkən bu rəngə üstünlük vermirlər. Daha çox istirahət zonalarında və insanları inam vermək üçün istifadə olunmaqdadır.
Çəhrayı: Daha çox mühiti yumuşaldmaq üçün istifadə olunan rəngdir. Gözlə təmasda beyinə sakitləşdirici siqnallar ötürməkdədir. Buna baxmayaraq düşünürəm çox az istifadə olunur, ama istifadə olunduğu zaman tutarlı olur.
Sarı: Müddətlik və diqqəti özünə cəzb edə bilən rəngdir. 1-ci hissədə yazdığım kimi taksilər və rent a car şirkətlər müddətlik olduğu üçün bu rəngdən istifadə edirlər.
Colors Talk in marketing  Part 2
Boz- Bu rəng ağ və qara rəngdən istifadə olunaraq ortaya çıxdığı üçün bir sıra gözlə təmas edərkən beyinə lənglik və əsasda qərarsızlıq siqnalı göndərməkdədir. Bu rəngdən məhsul, geyim və maşından uzun müddət istifadə edən insanlar qərarsızlıq problemi ilə qarşılaşırlar.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok