Son Paylaşım

Reklamda Ünsiyyət

Contact advertisingReklam, kobud dildə desək bir məhsulun, markanın, şəxsin, şirkətin və s. barəsində məlumat mesajının qarşı tərəfə ötürülməsidir. Ötürülmə zamanı reklamın nə dərəcədə effektiv olmasına təsir edən ünsürlərdən biridə hədəf kütlə ilə ünsiyyətin nə dərəcədə qurulmasından aslıdır.
Ünsiyyət 3 əsas kateqoriyalara ayrılır:
  1. Fərdi ünsiyyət.
  2. Fərdlər arası ünsiyyət.
  3.  Kütəvi ünsiyyət.

Contact advertising
Fərdi Ünsiyyət
İnsanlar gündəlik yüzlərlə və minlərlə reklamla qarşılaşırlar. Fərdi Ünsiyyətdə önəmli olan reklamın hansı vasitə ilə şəxsin qabağına çıxmağı deyil, əsas məsələ həmin şəxsin o reklamı necə qarşılaması və məhdud olan yaddaşında saxlayıb saxlamamasıdır. Burda reklamın çox yaradıcı olması yaxud davamlı olaraq təkrarlanması vacibdir.
Fərdlər Arası Ünsiyyət
Bu ünsiyyət vasitəsi iki fərd arasında baş verir. Bu ünsiyyət vasitəsində reklamın uğurlu olması üçün mesaj göndərən ilə mesaj alıcının eyni qaynaqdan danışmaları vacibdir. Yəniki eyni dil, eyni səslər, eyni jestlər və s.  olmalıdır. Mesaj göndərən mesajı göndərdikdən sonra qarşı tərəfdən feedback(geri qayıdış) gözləyir. Geri qayıdış nə qədər uğurlu olursa reklamda o qədər uğurludur deməkdir.
Kütləvi Ünsiyyət

Contact advertising
Fərdlər arası ünsiyyət ilə kütləvi ünsiyyət arasındakı ən böyük fərq, kütləvi ünsiyyətdə mesajı kimlərin aldığının bilinməməsidir. Və əsas məsələ ondadırki, mesajı alanların feedback-i  fəqrli fərqli yollardan geri qaytdığı üçün, reklamın effektivliyini ölçmək biraz çətin olur. Son zamanlar djital reklamcılıqda xeyli irəliləmələr oldu. Google ilə,mail marketinq ilə, Facebook və Twitter ilə və son zamanlar Youtubedə bu cərgəyə qatılaraq mesaj göndərici ilə mesaj alıcıların dəqiq əlaqələrini yaratmağa çalışırlar.  Düşünürəm yaxın zamanda djital marketiqlə mesajı göndərmək istədiyiniz zaman kütləni tam olaraq rahatlıqla aşkara çıxarda biləcəksiniz.

Digər Yazılarım:

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok