Reklam
istehlakçılar tərəfindən qəbul olunub yaddaşda saxlanılğı zaman öz vəzifəsini
yerinə yetirir və işləyir demək olar. Bundan əvvəlki yazımda Reklamda Ünsiyyət
yazısını yazdıqdan sonra, bu yazıda reklamda
mesaj insanlar tərəfindən necə qəbul olunur, necə yaddaşda saxlanılır və
qərar verildiyi zaman necə istifadə olunur mövzusunu sizinlə bölüşəcəyəm.
Reklam
mesajının qəbul olunması və işləməsi bizim qərar sistemimizlə bağlıdır. Reklam mesajları 3 məlumat anbarından keçməkdədir. Birinci mərhələ hissiyyat qəbul etmədir. Bu mərhələnin 3
funksiyası var. Gələn bütün hissiyat məlumatlarını tanına bilən hala çevirir,
məlumatı gələcəkdə istifadəsi üçün saxlayır və son olaraq məlumatı işlənməsi üçün
yuxarı beyinə göndərir. İkinci mərhələ qısa
müddətli yaddaşıdır. Burda məlumatın məntiqi dəyərləndirmələri aparılır və
qısa zamanda burda saxlanılır. Çox çevik olduğu üçün tutumu azdır. Üçüncü mərhələdə
uzun müddətli yaddaşdır. Bir insanın
indiyə qədər etdiyi bütün fəaliyyətlər bu məlumat anbarında yerləşir. İstifadəsi
lazım olmayan bütün məlumatlar buradadır. indiyə kimi uzun müddətli yaddaşın
işləmə sistemini iki cür şəkildə açıqlayanlar olub.
Birinci cür mərhələli
yaddaş. Məsələn insan mobil telefon dediyi zaman ağlına, əldə tutulan, üzərində bir
neçə və yaxud daha çox düyməsi olan, ekranı olan bir əşya gəlir, sonra isə onun
rəngləri göz qabağına gəlir, növbəti ağlımıza gələn isə kiməsə zəng etmək, sonra isə
oyun oynamaq, mahnıya qulaq asmaq və s. gəlir. Ama bu çox sürətlə baş verir.
Uzun müddətli yaddaşın ikinci cür işləmə şəklinin isə zamanla əlaqəli olduğunu
söyləyirlər. Bir əşya, məhsul və s. haqqında məlumat uzun müddətli beyində
zamana görə saxlanılır. Bura qədər məncə aydındır. İndi keçək mesaj zamanı baş
verən hərəkətlərə.
Mesaj
mesaj qəbul edilənə gəldiyi zaman burada siqanalın
gücü və uyğunluq çox önəmlidir.
Belə olduğu təqdirdə şəxs rahatlıqla uzun müddətli yaddaşdan saxlanılan məlumatı
geri çağıra bilir. Buna görədirki reklam şirkətləri reklam mesajını uyğun və
mesajdakı siqnalın gücünü yüksək edirlər. Məsələn bir reklamda isti kofenin yayda içildiyi abu
havasını yaratsanız bu heçdə uğurlu olmayacaq. Çünki artıq istehlakçı
beynində uzun müddətli yaddaşda isti kofenin daha sərin günlərdə içilməsi lazım
olduğu həkk olunub.
Bənzər digər yazılarım :