
Mesaj
göndərəndən qaynaqlanan faktorlar.
Mənbə , insanlara müxtəlif vasitələrlə
mesajını çatdırmaq istəyən və beləliklə
ünsiyyəti başladan şəxsdir. Mənbənin
güvənilən, xoş, dürüst, tanınmış olması razı salmanı asandlaşdıra bilər. Qarşı
tərəfi razı sala bilmək üçün mesaj göndərənin əsas iki faktor, güvənilən və
cazibəsi olmalıdır. Diş pastası reklamlarında danışan ağ xalatlı doktorlar buna
misal ola bilər. Mesaj göndərənin cazibəsidə önəmli faktorlardandır. Burada
cazibə dediyim zaman mesaj göndərənin fiziki görünüşü, xasiyyəti, səs tonu,
dürüst olması, işi, vəzifəsi, qarşı tərəfə xoş təəssürat verməsi ünsürlərini nəzərdə
tuturam.
İnsanlar başqaları ilə ünsiyyət qurduqları zaman hərəkətlərlə, sözlərlə
və mimikalarla ünsiyyətdə olurlar. aparılan bir araşdırmaya görə ünsiyyət zamanı
hərəkətlər 55 % , səs tonu 38 %, istifadə olunan sözlərin effektivliyi isə 7 %-dir.
Mesaj göndərənin bilik səviyyəsidə razı salmada böyük rol oynayır.
Ümumiyyətlə ünsiyyət zamanı düzgün qurulan cümlələr, düzgün zamanlama, sözlərin
düzgün tələffüzü vacibdir.
Mesajdan qaynaqlanan
faktorlar
Razı salmaq üçün mesaj göndərəndə sadaladığımız faktorlardan savayı
olaraq mesajın özündəndə qaynaqlanan faktorlar vardır. Ən sadə vəziyyətdə mesaj,
mesaj məlumatlarının toplanması, hazırlanması və təqdim olunmasından ibarətdir.
Mesaj içərisində işlədilən sözlər dəqiqiliklə seçilməlidir.
Mesajın motivasiyanı qaldırması, oxucuda yaxud dinləyicidə inam
yaratması vacibdir. Bu inam yaratma və motivasiya yüksəkliyi qarşı tərəfi məhsulu
almaq, yaxud sizin onlara verəcəyiniz xidmətdən yararlanmaq üçün hərəkətə keçirdəcəkdir.
Son zamanlar razı salmaq üçün şüuraltı mesajlardan çox istifadə olunur.
Hədəfdən
qaynaqlanan faktorlar
Mesajı göndərmək istədiyiniz şəxs
yada şəxslər hədəf,mesaj qəbul edici adlanır. Eyni mesaj hər kəs tərəfindən eyni dərəcədə təsir görməz. İstəyir üz-üzə
olsun istəyir mesajı göndərəcəyiniz müxtəlif vasitə üsulları olsun bəzi əsas məsələ
göz qabağında tutulmalıdır. Bunlardan biri qarşı tərəfin mövzuya olan
marağıdır. Əgər maraq yoxdursa elə ilk dəqiqələrdən mesaja yox deyəcəklər. Digər
əsas ünsürlər hədəfin yaşı, cinsiyyəti, dili, dini, mətəniyyəti, təhsili, gəliri, psixoloji vəziyyəti,
sosial vəziyyəti və s. ibarətdir. Bu gün bir çox markanın axtarış və inkişaf
bölməsində sosioloqlar, psixoloqlar, ünsiyyət mütəxəssiləridə yer almaqdadır.
Digər yazılarım :
Digər yazılarım :