Son Paylaşım

Lider Olmaq Üçün Tərgidilməli 20 Vərdiş

            Kitablar insanlara yol göstəməklə bərabər, onların həyatında dərin izlər qoyrlar. Bəzi kitablar var ki, on illərin təcrübəsini bir neçə cümlə ilə ifadə edə bilir. Bu yazıda Marshall Goldsmith-in iş dünyasında iz qoymuş "İş Dünyasında Zirvəyə Gedən Yol" kitabından yararlanacağam. Marshall Goldsmith "Wall Street" Journal tərəfindən ilin ən yaxşı təlimçisi, "The Oprah Magazine" tərəfindən ən yaxşı ünsiyyətci,  "Forbes" tərəfindən ən tanınmış 5 idarəedici təlimçidən biri "Bussines Week" tərəfindən isə liderlərlərin inkişafında çox iş görmüş adam kimi naminasiyaların sahibidir.

to be a leader
            
Bu naminasiyaları saydıqdan sonra məncə mövzunun nə qədər əhəmiyyətli olduğunu siz də hiss etdiniz. Goldsmith-in verdiyi məsləhətlər sadə səslənsə də iş dünyası üçün əhəmiyyətli şəkildə təsiredici gücə malikdir. Lider olmaq yolunda atılması gərəkən addımların və tərgidilməsi gərəkən vərdişlərin nələr olduğuna göz gəzdirək. Bunları dəqiqliyi ilə qeyd etmək və öz həyatımızda da tətbiq etmək lazımdır.



1-ci Vərdiş: "Həddindən artıq Qazanmaq Ehtiyacı"
Daima daha çox istəmək, əlimzdəkiləri də bizdən alacaqdır. Bu həyatın qanunudur. Ağıllı addımlar, ağıllı yatırımlar etmək gərəklidir. Həyat isə sənə lazım olanları verəcək.

2-ci Vərdiş: "Çox fikir bildirmək"
Bütün danışıqlarda özümüzü ön plana çıxarmaq istəyi hər zaman uğurlu olmur. İnsanlar çox və hər şeyə fikir bildirən şəxslərə qarşı mənfi münasibət bəsləyirlər. Mən etdim, mən bilirəm, mənim sayəmdə kimi davamlı cümlələr qurmaq isə insanları uçuruma aparır.

to be a leader

3-cü Vərdiş: Mühakimə etmək
Lazımsız və vaxt sərf olunmamalı insanlar haqqında danışmamaq və vaxt sərf etməmək. 

4-cü Vərdiş: Tənqid etmək
İstehzalı və kinayəli sözlərin, insanı ağıllı və hazırcavab göstərdiyinə inanmaq. Bu tələyə çox insanlar düşür və bir müddətdən sonra səhvlərini anlayırlar. Bəzən isə gec olur.

5-ci Vərdiş: Sözə "Yox", "Amma "," Ancaq" ilə başlamaq.
Söz altı hər kəsə "Mən haqlıyam" söyləmək kimi bir şeydir. Bu tip insanlar bütün məsələlərdə artıq nəsə əks arqument axtarırlar. Düz olsalarda olmasalarda.

6-cı Vərdiş: Dünyaya nə qədər ağıllı olduğumuzu göstərmək istəyi.
Lazımsız ehtiyacdır. Əgər sizdə bu istedad varsa və siz düzgün yolda addımlayırsınızsa onsuzda bu daşlar öz yerini tapacaq və siz lazım olan şəxslərə özünüzü isbat edəcəksiniz. Hər yerdə görsənmək və söz sahibi olmaq isə ciddi problemlər yarada bilər.

7-ci Vərdiş: Boğazlı danışmaq
Lider görsənmək üçün, səs tonlarını tez-tez dəyişdirmək. İnanın lazım deyil. Əsas effektivlik sizin sözlərinizdədir və onu necə ifadə etməyinizdədir. Boğazla danışmaq və tonları dəyişmək sizi süniləşdirir.

8-ci Vərdiş: Negativlik davranışı.
Sual verilməsə də mənfi fikirlərimizi insanlarla bölüşmək ehtiyacıdır. Mövzuya başlayar başlamaz, günə başlayar başlamaz hansısa neqativ xəbərləri başqaları ilə bölüşmək və bunu davamlı olaraq etmək sizi izləyən, sizə lider kimi yanaşan şəxsləri sizdən uzaqlaşdıracaqdır.




9-cu Vərdiş: Məlumatı bölüşməmək.
Yeni öyrənilən məlumatları və yaxud bildiyimiz məlumatları başqası ilə bölüşməsək bu bizim heç vaxt yaxşı lider olmayacağımız deməkdir. Bölüşün dostlar, nə bilirsinizsə hamısını bölüşün.

10-cu Vərdiş: Uğurun kimdə olduğunu qeyd etmək.
Tərifləmək, kimisə mükafatlandırmaq və uğurlu addımların komandanızdakı yoldaşların hesabına olduğunu qeyd etməmək. Bundan daha böyük problem varmı?

11-ci Vərdiş: Haqq edilməyən etibara yiyələnmək.
Əgər siz bilirsinizsə ki, siz bu etibarı hqq etmirsiniz lakin bu oyunu davam etdirirsiniz bu sizə lider olmağa mane olacaq ən böyük problemlərdəndir.

12-ci Vərdiş: Bəhanələr uydurmaq.
Xoş olmayan bir hərəkətiniz zamanı, işləriniz gecikəndə və s.  zamanlarda özünüzü normalmış kimi göstərmək, buna uyğun bəhanələr tapmaq.

13-cü Vərdiş: Keçmişə bağlı olmaq.
Tənqidlərin yönünü üstümüzdən ataraq, keçmişdəki hadisələrə və insanlara çevirməkdir. Əlavə olaraq, gələcəyə fokus olmursunuzsa, dünəndə qalırsınızsa yeniliklərə açıq olmayacaqsınız və qərarları gec verəcəksiniz. Bu isə uduzmaq deməkdir.

14-cü Vərdiş: Adil olmamaq.
Birinə haqsız davranışlarda adil olmağı bacarmaq bir liderin ən güclü silahıdır.

to be a leader











15-ci Vərdiş: Xətalı olduğumuzu etiraf etməməkdir.
Xəta varsa etiraf etmək lazımdır. Zərərin yarısından geri qayıtmaq kimidir. Sizi tanıyanlar sizin bu hərəkətinizə görə sizə daha çox rəğbət bəsləyəcəklər. 

16-cı Vərdiş: Qulaq asmamaq.
Edilə biləcək passiv hörmətsizlik formasıdır. Diqqətiniz qarşı tərəfdə olsun. 

17-ci Vərdiş: Minnət etmək
İnsanlar sağ ol deməyi, təşəkkür etməyi çox da yaxşı bacarmırlar. Təşəkkür edin, ən xırda yaxşılıqda və köməkdə belə.

18-ci Vərdiş: Düzgün insana səhv hərəkət.
Bizə yardım etməyə çalışan məsum insanları səhv anlamaq, səhv qiymətləndirmək. Bu artıq düzgün analiz etmək bacarığı tələb edir ki, bu xüsusiyyət liderdə mütləq olmalıdır.

19-cu Vərdiş: Məsuliyyəti başqasının üzərinə  yıxmaq.
Öz səhvlərimiz üçün başqalarını günahlandırmaqdır. Bunu heç kim bilməsə də öz vicdamızın bizə inkişaf etməyə imkan yaratmayacaqdır. Siz hər hansısa bir qurumun rəhbəri ola bilərsiniz bu halda. Amma heç kim sizi lider kimi qəbul etməyəcək. 

20-ci Vərdiş: Həddindən artıq "Mən" olma ehtiyacı
Çox şəxlər bu tələyə düşür. Mən etdim, mğn görüdüm, mən dünən etdim, siz də edin. Mən, mən, mən. İnsanları yorur bu və sizə qarşı diqqətləri azalır.

Bundan əvvəl liderliknən bağlı yazdığım yazılarımı oxuya bilərsiniz.


Hədəfləriniz Üçün Ətrafınızı Yönləndirin 
Zirvəyə Çıxmaq Üçün 22 Qızıl Xüsusiyyət ,
Professionallar Necə Edərdilər , 

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok