Uğur qazanmış insanların hekayələrini
oxuduqca və fəaliyyət göstərdikcə bir çox şeyi yaxşı başa düşürəm. Bunu əminliklə
deyə bilərəm ki çox oxumaq, çox bilmək, çox öyrənmək uğur qazanmaq üçün kifayət
deyildir. Biznes mühiti qırağdan göründüyü kimi o qədərdə rahat deyil. Bəzən
yüz minlərlə pulun belə olması kifayət etmirki uğur qazanasan. Bəzən isə kiçik
sərmayə ilə böyük uğurlar əldə edə bilərsən. Sözümü müxtəsər edib əsas məsələyə
keçirəm.
Elm, bacarıq, istedad, sərmayə hər biri vacibdir ama əgər hədəfin yoxdursa onda
bunlar o qədərdə sənə lazım olmayacaqdır. Çünki sənin hədəfin yoxdursa, sən
hara qədər yüksələcəyini, qabağında o yüksəkliyə gedib çıxmaq üçün hansı maniələrin
və fürsətlərin olduğunu bilmirsən deməkdir. Bu gedişat isə sənə heç vaxt uğur
qazandırmayacaqdır. Artıq fikirləşmək vaxtı deyil, hərəkətə keçməyin vaxtıdır.
Ətrafımızda bu qədər fürsətlərin olması bizə imkan verirki böyük uğurlara imza
ataq. Yeniliklər edək. Daha uğurlu işlər görək. Bunun üçün bizə nə lazımdır?
1. Hədəflərimizin olması - Sizin maraq dairəniz nədirsə ona yönəlin , qısa
zamanda ölçün, biçin, yenilikləri aşkarlayın, təlimlərə qatılın, bu sahə üzrə
çoxlu kitablar oxuyun, təcrübələr toparlayın.
2. Seçim etmək, Kariyera yoxsa şəxsi biznes - Bu seçim daha çox sizin mənəvi
düşüncələrinizlə bağlıdır. Ama bu seçimdən birini mütləq etməlisiniz. Özünüzü
daha çox harada rahat hiss edirsinizsə, deməli sizin seçiminizdə o olmalıdır.
3.2. Şəxsi Biznesi Seçsəniz - Seminarlara qatılmaq, ətrafınızda yaxşı
biznesmenlerin olması, yaxşı mütəxəssislərin olması, kitab oxumaq, mənəvi dəstəklərin
olması, davamlı olaraq layihə üzərində işləmək və əsas layihəyə uyğun sərmaye
tapmaq.
4. Komanda - Şəxsi biznesdə davam edirsinizsə özünüzə yaxşı bir komanda
toplamalısınız. Deyildiyi zaman bu rahat görsənsədə, bəlkədə ən çətin mərhələ
bu mərhələdir.
Başda dediyim kimi əzmli və iradəli olmaq lazımdır. Hədəfsiz olmayın, hədəf
olmalıdır ki uğur olsun. Hər kəsə uğur arzulayıram.
Digər yazılarım