
1. İş imkanları haqqında məlumat toplayacağınız qaynaqları
bir yerə cəm etmək lazımdır. - İş elanları saytları, İş elanları gazetləri və
yaxud jurnalları, facebookda iş elanları səhifələri və grupları, Linkedində, facebookda
və twitterdə işləmək istədiyiniz şirkətlərin hesablarını izləmək lazımdır.
İş elanları üçün , vakansiyalar.az, rabota.az , boss.az , karyera-az.com , ejob.az , və s.saytlarda qeydiyyatdan keçib CV-lər hazırlaya bilərsiniz və iş elanlarını izləyə bilərsiniz. Nahid Nasirovun HR email ünvanları adlı yazısı , Nahid Nasirovun İş elanları saytları yazısı . Bu Yazılarada daxil olaraq bir çox iş saytını və şirkətlərin Kadrlar Şöbələrinin maillərini əldə edə bilərsiniz.
2. Özünüzə mükəmməl bir CV hazırlayın. - Bu CV-də əksik məlumat olmasın. Özünüz haqqında, təcrübələriniz haqqında, hədəfləriniz haqqında yazacağınız hər kəliməyə xüsusi diqqət yetirin.
2. Özünüzə mükəmməl bir CV hazırlayın. - Bu CV-də əksik məlumat olmasın. Özünüz haqqında, təcrübələriniz haqqında, hədəfləriniz haqqında yazacağınız hər kəliməyə xüsusi diqqət yetirin.
3. Sizə uyğun olan iş yerlərini seçmək - Həmişə istəyində
olduğunuz, orada çalışmaq istədiyiniz iş yerlərini seçmək önəmlidir. Bəzən insanlar biraz çox maaş veriləcək deyə, hədəflərində
olmayan iş yerlərini seçirlər. Bu isə çox vaxt bir neçə müddətdən sonra o iş
yerindən sıxılmaqla nəticələnir. Kariyera yarımçıq qalır.

5. Bununla bərabər baş vurduğunuz iş yerləri haqqında və iş
üçün görüşəcəyiniz müdür haqqında yaxşı
məlumatlanın.- Bu sizi digərlərindən ilk danışıqlarda fərqləndirəcək. Şirkət
haqqında və sizi qəbul edən şəxs haqqında yaxşı məlumatınız olsa o insanda
pozitiv bir təəssürat saxlayacaqsınız.
6. CV-nizi daima yeniləyin. - Yeni bacarıqlara, biliklərə
yiyələndikcə CV-nizidə yeniləyin.
7. Hər gün ən azı bir saatınızı iş tapmaq üçün ayırın.
Sadaladığım qaynaqları analiz edin, Təklif göndərəcəyiniz şirkətləri seçin. CV
məktublarını göndərin.

9. İş görüşməsi zamanı özünüzü, bacarıqlarınızı yaxşı şəkildə
ifadə etməyi dəfələrlə öz üzərinizdə məşq edin.
Hər kəsə öz istədiyi iş yerində işləməyi arzulayıram.
Uğurlar diləyirəm.
Bundan əvvəl yazdığım
oxşar yazılarım: