
Daha
sürətli karyera formulunun çoxda qəliz olmayan ama ciddilik və səy istəyən
formulları var. Bunlardan bəziləri barədə söhbət açmaq istəyərdim. Ümumiyyətlə karyera dediyimiz
zaman sizinlə birlikdə şirkət içərisində iş yoldaşlarınız, və yaxud sektorda
sizin işinizlə məşğul olan digər sahə yoldaşlarınızda göz qabağına gəlməlidir.
Çünkü iş yerinizdə və yaxud sahənizdə sizin karyera yolunu artıq gedib başa
çıxanlar var. Yada hələ yeni başlayanlar var. Sizdə bu cığırda yer alırsınız.
Bu normaldır və burada qanuna uyğunluq var. Hər kəs müəyyən müddətdən sonra
karyerasında yüksəlməyə başlayır. Burda əsas məsələ olan odurki sizin nə qədər
tez bir zamanda bu karyera yolunda ilərləməyinizdir. Sizdən öncəkilərdən dərs
çıxartmaq və daha yaxşısını etmək məcburiyyətindəsiniz. Əgər bunu siz etməsəniz
bunu əmin olun ki başqası edəcək. Daha vacib işləri öz üzərinizə götürmə və üstəsindən
gəlmə bacarıqları qazanmalısınız, iş vaxtlarını düzgün qiymətləndirə bilmək və
hər bir işi keyfiyyətlə görə bilmək bacarıqlarınız əmin ola bilərsiniz ki, sizi
qısa zamanda digərlərindən fərqli edəcəkdir və mükafatlandıracaqdır. Bu zaman
müddətində lazımsız vaxtda lazımsız yerdə olmamalısınız və lazımli işləri görməlisiniz.
Əsasən vaxta diqqət yetirməyiniz çox önəmlidir.
İşə
daha tez başlayın, daha ürəklə işləyin və daha gec işdən çıxın. İşə 1 saat tez
gəlib 1 saat gec çıxdığınız zaman və bu müddət ərzində işlədiyiniz zaman gündə
2 saat artıq çalışımış və 5 gündə 10 saat daha artıq çalışmış olacaqsınızki buda
aya çevirdiyiniz zaman yüksək rəqəmlər edir. Karyeranızda sizi sürətlə irəli
aparacaq əsas ünsürdə elə vaxtdır. Vaxtınızı düzgün istifadə edin ki, gələcəkdə
istirahət etməyədə o qədər çox vaxt qalsın.
Hər kəsə işində uğurlar diləyirəm.
Bənzər yazılarım: