Bu
yazıda Brian Tracynin
"Daxili İntizamın Gücü" kitabından məqsədə çatmaq üçün yeddi addım
metodunu sizinlə bölüşəcəyəm. Məqsədə çatmaq üçün müxtəlif mürəkkəb metodların
olduğunu biz bilirik. Bu metodlardan çoxunu həm mənim yazılarımda həm də digər
blog yazarlarının yazılarında və yaxud müxtəlif biznes kitablarında görmüsünüz. Bu yazıda qeyd
edəcəyim yeddi metod vasitəsi ilə qısa zaman ərzində təsəvvür belə edə bilməyəcəyiniz
müvəffəqiyyətlər əldə edəcəksiniz.
Addım 1. Nə istədiyinizi dəqiq müəyyən edin.
Spesifik olun nə qədər çox pul deyə ümumi anlayış yox, konkret nə qədər qazanmaq istədiyinizi müəyyən edin.
Spesifik olun nə qədər çox pul deyə ümumi anlayış yox, konkret nə qədər qazanmaq istədiyinizi müəyyən edin.
Addım 2. Bunu kağız üzərinə qeyd edin.
Kağız üzərində yazılmayan məqsəd siqaret tüstüsü kimidir, havaya uçub yox olacaq.
Kağız üzərində yazılmayan məqsəd siqaret tüstüsü kimidir, havaya uçub yox olacaq.
Addım 3. Məqsədiniz üçün vaxt təyin edin.
Məqsədinizin nə vaxta reallaşacağını düşünün və dəqiq məlumatları kağıza qeyd edin. Məqsəd çox böyükdürsə, sizi ona aparacaq daha kiçik məqsədlərdən başlayın. Bu məqsədlər təkan verici rolunu oynayacaq. Bu məqsədlərin toplusu sizə sonda əsas məqsədə çatmağa imkan yaradacaq.

Addım 4. Məqsədinizə nail olmaq üçün edə biləcəyiniz hər şeyi
sadalayın.
Henry Fordun dediyi kimi: " Kiçik addımlara bölünərsə, ən ağlasığmaz məqsədlərə belə nail olmaq olar".
Addım 5. Edəcəklərinizin siyahısını tutun və bu listəni bacardığınız
qədər ardıcıllıqla həyata keçirin.
Yəniki nəyi birinci, nəyi ikinci və nəyi üçüncü həyata keçirəcəksiniz.
Yəniki nəyi birinci, nəyi ikinci və nəyi üçüncü həyata keçirəcəksiniz.
Addım 6. Dərhal planınız üzərinə işləməyə başlayın.
Vaxt itirməyin! Qətiyyən bəhanələr axtarmayın!
Vaxt itirməyin! Qətiyyən bəhanələr axtarmayın!
Addım 7. Hər gün əsas məqsədiniz uğrunda bir iş görün. Bu sizin uğurunuzu təmin edəcək
həll edici addımdır. İlin 365 günündən düzgün istifadə edin. İlin sonunda hədəfinizə
nə qədər yaxınlaşdığınızı bəlkədə çatdığınızı görəcəksiniz.
Hər kəsə öz işində uğurlar
arzulayıram.
Digər yazılarım :