Düzdür
mən bəzi yazılarımda hədəfə çatmaq üçün böyük düşünmək lazımdır söyləyirəm. Ama
bu o demək deyilki hədəfi əlçatmaz düşünmək gərəklidir. Planlı şəkildə hədəfə
getmədə uğursuz olmanın çox səbəbi var. Ama iki əsas səbəbi vardır. Bunlar:
- Əlçatmaz hədəflər seçmək,
- Yada plan müddətini azaldaraq böyük yükün altına
girmək.
Plan hazırladığınız zaman bunun içərisində
reallıq olması mütləqdir. Bəzən bir ildə çata biləcək hədəfi üç aya sığdırmaq
istəyənlər olur. Bu isə o işin həm yarımçıq olmasına və həmdə hədəfə çatmağın
ağır olduğunu həmin şəxsə hiss etdirir. Ama əslində plan hazırlandığı zaman hədəf
ölçülməsi əsas məsələdir. Məsələn, bir ildən sonra satışlarınızı gündəlik 100 ədəd
etmək istəyirsiniz. Hal hazırda isə gündəlik
satışınız 20 ədəddir. Bu o deməkdir ki, gündəlik satışı bir ildən sonra 80 ədəd
artırmaq lazımdır. Əgər siz bunu bir il üçün edə biləcəksinizsə planınızı ona
görə tətbiq edin. Əgər iki il üçün edəcəksinizsə hədəfinizi bir il üçün
planlamayın. Düşünək siz qərar verdiniz ki, bir il ərzində günlük satışı 20
ədəddən 100 ədədə qaldıra biləcəksiniz.

Qarşınızda 365 gün, 56 həftə və 12 ay
var. Günlük həftəlik və aylıq plan standartlarınızı hazırlayın. Və ölçümlər
aparın ki, doğurdanda bu planlar sizin satışınızı gündən günə çoxaldır. Əlbətdəki bu planlamanı
etdiyiniz zaman mütəxəssis məsləhətindən yararlanmalısınız. Əks təqdirdə sizin
planlar bir nəticəsini verməyə bilər. Ama siz 12 aylıq bu planlamanı 4 və yaxud
5 aya sığdırmaq istəsəniz, bu heç bir nəticə verməyəcək. Sizə elə gələcək ki, istədiyiniz hədəfə çatmaq əlçatmazdır.
Hər
kəsə işlərində uğurlar diləyirəm.
Digər
yazılarım:
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir.
Çalışdığı şirkətlər:
Əmlak.az - Marketing manager,
BHB - Marketing and sales manager,
Biznesmen.az - Partner and Project Manager,
Auto Azerbaijan - Marketing manager.