Son Paylaşım

Dörd Mərhələdə Liderlik

The four-stage LeadershipBəzi insanlar hədəflədikləri yerlərə çatmaq üçün bütün güclərini istifadə edirlər. Bu bir dağa dırmanmağa bənzəyir. Bəzi insanlar öncədən dağın başına qədər çətinliklədə olsa çixırlar. Sonra dağın başından aşağda olan dostlarına çıxarkən nələrə diqqət eləmək lazım olduqlarını qışqıraraq söyləyirlərki onlar əziyyət çəkməsinlər. Bu gündə bir liderin məsləhətlərindən istifadə edəcəyəm.
Bu yazımda Susan Bulkeley Butler-in " Özünüzün CEO-su Olun"  kitabından yazarın məsləhətlərini öz fikirlərimlə cəmləyib qısa şəkildə bir yazıda toparlamağa çalışacağam. Susan Amerika səviyyəsində  tanınmış lider, məsləhətçi, təlimçi və Amerikanın böyük şirkətlərindən olan İT mütəxəssisliyi təlimləri verən Accenturenin ilk qadın  ortaqlarındandır.
Hər şeyin sizin üçün fəaliyyətdə olmağını istəyirsinizsə bu yazı sizə çox kömək olacaq. Bunun üçün 4 edilməsi lazım olan işiniz var.

Birinci Edilməsi Lazım Olan İş - Gələcəyinizi Gözünüzdə Canlandırın
The four-stage Leadership

Hədəfinizin nə olduğunu və haralara getmək istədiyinizi  təsbit edin. Liderlərin hər zaman gələcək üçün bir vizyonu olub. Kimlərki öz üzərlərində daima çalışırlar, onlar hər zaman digərlərindən daha çox dünya görüşünə sahib olurlar. Özünüzün CEO-su olaraq sizində öz kariyeranız və həyatınız üçün bir sonra ki həfətə, ay , il beş il və ömrünüz üçün bir hədəfiniz olmalıdır.  Hədəf yaradıb planlamaq üçün bu yazılarımı oxuya bilərsiniz. Üç Faiz Qaydası, Böyük Ugurlara Gedən Yol ,  , Daima Öyrənərək Daima Rəqabətə Hazır Olun , Məğlubiyyətizin İmkansızdır , Şəxsi PR ,

İkinci Edilməsi Lazım Olan İş - Hədəflərinizi Dəstəkləyənləri Bir Araya toplamaq
The four-stage Leadership

Hədəflərinizi necə real edə biləcəksiniz?  Bir insan hədəflərinin bir hissəsinə özü təkdə çata bilər. Ama bütöv olaraq hədəflərə çatmaq üçün bir komandanın olması vacibdir. Komandanı cəm etməm üşün bu yazıma göz gəzdirə bilərsiniz. Hədəfləriniz Üçün Ətrafınızı Yönləndirin , İstedadlı İnsanlara Yatırımlar Edin ,

Üçüncü Edilməsi Lazım Olan İş - Planınızı İnkişaf Etdirin

The four-stage Leadership

Nə etmək lazım olduğunzuu və bunu necə etmək lazım olduğunu dahada dəqiqləşdirin. Daha dəqiq planlamanı, sərmayəni haradan tapacağınızı, analizləri, hər gün hansı işinizə nə qədər vaxt ayıracağını, bütövlüklə hər bir şeyi yaxşı planlaşdırın.

Dördüncü Edilməsi  Lazım Olan İş - Prosesi İşə Salın
The four-stage Leadership
Artıq hər şey hazırdır, sadecə hər şeyin yolunda getməsi üçün plan üzərindən hərəkət etmək lazımdırki işlərdə əksikliklər olmasın. Planlarınızı, sərmayənizi, vaxtınızı gözəl şəkildə idarə etməyi  hər gün dahada mükəmməlləşdirməyə çalışın. Uğurlar diləyirəm sizlərə.

Oxşar yazılarım :





About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok