Son Paylaşım

Marketinqdə Rənglər Danışır 1-ci Hissə

Colors in marketing Talk Part 1Gündəlik həyatımızda fərqində olmasaq da, rənglər düşüncəmizə təsir göstərərək bizə bəzi mesajlar verməkdədirlər. Və bunun üçündürki marketoloqlar məhsulun rəqabət gücünü artırmaq üçün, reklamların effektivliyini artırmaq üçün və  satışın sayını artırmaq üçün rənglərdən düzgün istifadə etməyə çalışırlar. Əlbəttə tək başına rənglər çox da mənalı olmur. Loqo, fəaliyyət sektoru  və rənglər bir birini tamamlayanda effektivlik yüksək dərəcədə olur.



Rənglərin beynimizə təsiri aparılan araşdırmalar nəticəsində sübut olunmuş və inkaredilməz bir həqiqət olaraq günümüzdə qarşımıza çıxır. Rənglər, əslində bizim hisslərimizə və bu səbəbdən də satın alma başda olmaqla həyatımızda bir çox qərarı qəbul etməyimizə təsir göstərirlər. İnsanın, rənglərə verdiyi emosional reaksiyaların bir qismi doğuşdan gəlir,  bir qismi də yaşanan təcrübələr və öyrənmələr nəticəsində formalaşır.
Hər rəng fərqli təsirlər yaradır. Bəzi rənglər soyuq, bəzi rənglər isti rəng olaraq tanınır. Bəzi rənglər həyəcan vəya enerji verərkən, bəzi rənglər rəsmiliyi, ciddiliyi xatırladır. Rənglər, müəyyən bir hiss və duyğu yaratmaq üçün, bir məna və bir çağırışı əks etmək üçün, diqqət çəkmək, yadda qalmaq, təsir göstərmək və istiqamət vermək üçün, fərqlənmək,  mövqe və davranışları istiqamətləndirmək üçün vəya qarşı tərəfi həyəcanlandırmaq üçün istifadə edilə bilər.
İndi isə gəlin hansı rəngin hansı mənaya gəldiyinə baxaq.

Göy - Yaşıl - Mavi Bu rənglərin bir arada istifadəsi şüur altında gigiyena, sağlamlıq nümusəsi olan məhsulu canlandırır. Bu səbəblə saglamlıqla bağlı və təmizlik məhsullarında seçim edilməsi idealdır.

Tünd mavi - Ən ciddi rəngdir. Tünd mavi,  bank və maliyyə sektorlarının  üstünlük verdiyi rəngdir.
Colors in marketing Talk Part 1
Qırmızı - Bu rəng görüldüyü zaman gözün tor qişa təbəqəsinin dərhal arxasında yaranır. Bu səbəblə rəngi qəbul edərkən, sanki, üstünüzə doğru gəldiyini hiss edirsiniz. Həyəcan və yüksək enerji xatırladan və ən çox istifadə edilən rəngdir. Qırmızı; Şüur altını ən çox qorxudan, dinamik, ehtiraslı və diqqət çəkən bir rəngdir. Adətən geyimdə istifadə edilən qırmızı, atletik, güclü, ehtiraslı, həyəcanlı, mehriban, şəhvətli, hərəkətli və xarici mühitlə maraqlanan bir strukturu təmsil edir. Xüsusilə diqqət çəkməsi istənilən satış nöqtələrində, iştaha oyandırdığı üçün qida sektorunda çox tez-tez istifadə edilir. Çox ye! Mesajı verən rəng olan qırmızı, satış nöqtələrində, qida sektorunda və fastfood kafelərdə çox istifadə edilməkdədir. İdmançılara və gənclərə yönəlik məhsul istehsal edən firmaların loqosundada adətən qırmızı rəngə üstünlük verilir. Qırmızı, bir status simvolu olaraq da qarşımıza çıxır. Porche və Ferrari kimi idman avtomobillərində bu rəng tez-tez istifadə edilir. Qırmızının gözə xoş göründüyünü  və cazibəli olmasını nəzərə alan gündəlik qəzetlərin loqolarıda qırmızı rəng hakimdir.

Mavi - Təmizlik və saflıq imici yaratdığı üçün adətən su qablarında mavi rəng istifadə edilir. Siyasi bir partiyanın təşkilati rəng olaraq mavi seçim etməsi, o partiyanın, dərinlik, rahatlıq, inam və ümid ünsürlərini daşıdığı mesajını verir. Banklar mavi rəngi loqo istifadə edərək dərinliklərini, böyüklüklərini vurğulamaq istəyərlər
Mavi qırmızının əksinə, yemək istəyini  əngəlləyən bir rəng olduğundan yemək firmaları mavi rəngə o qədər də üstünlük vermirlər.
Colors in marketing Talk Part 1

Sarı - Günəş rəngidir. İşıqı təmsil edir və isti rəngdir. Cazibədarlıq, hərəkət, məlumat, sevinc, rahatlıq rəmzidir. Sarı birdə müvəqqətilik rəngidir.
Avtomobil icarəyə götürmə firmaları sarı rəngi tez-tez təşkilati rəng olaraq seçməktədirlər.mesaj budur:
 "İstifadə etdiyin vasitə sənə müəyyən bir müddətə verilib. İstifadə et və geri gətir."
Taksilərində rənglərinin sarı olmasının səbəbi budur. Yəni müvəqqətilik. Fast-food restoranlarında sarı rəng qırmızı ilə birlikdə tez-tez istifadə edilir. Burada qırmızı rəng ilə "Çox ye"! Sarı rəng ilə "Tez ye və get"! Mesajı verilir.
Psixoloji olaraq açıq sarı, sevinc, rahatlıq, nikbinlik, özünə inam, zəka, arzular, ruhi inkişafı xatırladır. Bununla bərabər şəfqət, sevinc, alçaq könüllülük, bilik və müdrikliyin rəmzidir.

Parlaq Sarı -Bu rəng tonunun diqqət çəkən, şən və enerjili bir çağırışı vardır.

Tünd sarı - Bu rəng isə bataqlığı xatırladır. Bu səbəblə istirahət məqsədli mühitlərdə istifadə edilməz.

Yaşıl - Yaşıl rəng təravəti və şəfanı xatırladır. Təbiətin, sağlamlığın və tarazlığın simvoludur. Bu rəng insanı sakitləşdirir, inam verir. Yaradıcı düşünməyi asanlaşdırdığı və sürətləndirdiyi araşdırmalar nəticəsində dəstəklənmişdir. Tünd yaşıl, pul və prestij rəngidir. Prestij və təhlükəsizliyin əhəmiyyətli olduğu sektorlarda yaşıl rəngin istifadəsi uyğundur.
Colors in marketing Talk Part 1

 - Ağ rəng insanda təmizlik, parlaqlıq, sadəlik və məsumluq duyğuları oyadır. Gigiyena, təmizlik, qələbə, sülh, sevinc, təslimiyyət, mərhəmət, ədaləti təmsil edən bir rəngdir.

Qara - Qara çox güclü bir rəngdir çünki bütün rəngləri doğuran bir fiziki quruluşa malikdir. Qara, qiyməti yüksək məhsulların rəngidir. Ağır bir rəng olduğu üçün düşmə, batma və ya iflas təəssüratıda doğurar. Bu səbəblə təyyarələrdə və gəmilərdə istifadə edilməz. Ancaq, strategiya olaraq bəzi markalar məhsulları üçün şüurlu şəkildə qara rəngi istifadə edə bilər, bu zaman məhsulunun elit bir məhsul olduğu, ucuz bir mal olmadığı vurğulanmaqdır.

Boz -  Qara ilə ağın vəhdətindən ibarətdir. Ləyaqətin, sədaqətin və səssizliyin rəmzidir. Göz bu rəngi olduqca asan ayırır və qavrayır. Boz, diplomatik və ağır bir rəng olmasına qarşın sabitliyi, ləngliyi və ciddiliyi təmsil edir.

Çəhrayı - Sevinc, şəfqət, şirinliyin, xoşbəxtliyin, həyatın və sevginin simvoludur. Yeniliyi, xüsusilə romantik mənada təmizliyi və ümumi uğuru əks edir. Qırmızının sıxlığının yüngülləşdirilmiş halıdır. Ancaq qırmızının əksinə, iştahı azaltdığı məlum olur. İnsanları rahat hiss edən və istirahət etdirən bir rəngdir. Buna görə bəzi böyük mağazalar daxili dekorasiyada çəhrayı rəngi istifadə edirlər və çəhrayı uniformalarla diqqəti çəkirlər. Çəhrayı geyən bir adama daha rahat ödəmə edildiyi müəyyən edilmişdir.

Colors in marketing Talk Part 1
Bənövşəyi -  Ağıl, şüur səviyyəsi ilə paralellik daşıyır. Kral rəngi olduğu üçün gözəlliyi və zənginliyi xatırladır. Eyni zamanda əsrarəngiz, ruhani və romantik bir rəngdir. Duyğulara xitab edici məhsullarda bu rəng üstünlük verilir. Yaradıcılıq, tolerantlıq və düşüncə gücü bənövşəyi ilə əlaqəlidir. Çox vaxt bənövşəyi rəng lüks məhsullar və təhsil ilə bağlı markalar üçün istifadə edilir. Davamı "" Marketinqdə Rənglər Danışır 2-ci Hissə""




Məsləhət Gördüyüm Digər Yazılarım :

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok