Enerjili bir şəkildə yaşam tərzi,
daima gülümsəmək, sözlərində kəsərli olmaq, ideal düşüncələrin arxası ilə getmək
və s. hər biri mükəmməlliyin bir ünsürüdür. Çox iş adamları öz işində mükəmməl
olmaq istəyərlər və yaxud mükəmməlliyə ən yaxın performansı göstərməyə
çalışarlar. Əgər bu iş adamı bir idarə edicidirsə onun bu performansı göstərməsi
mütləqdir. İstədiyiniz hədəfə yəni ki, işinizdəki performansı maksimuma
qaldırmağınızda ən önəmli faktorlar səbrli olmaq, davamlı olaraq cəhd etməkdir.
İstədiyiniz hədəfə çatdığınız zaman isə orada qalmağınız üçün daima fəaliyyətdə
olmalısınız.
Ümumi
bir qayda olaraq liderlik bacarığı ən yüksək olanlar lider olurlar, çünki onlar
daha çoxunu etmişlər və daha yüksəkləri qazanmışlar. Daha intensiv fəaliyyət
göstərib və bəzi mövzularda nələrisə fərqli etdikləri üçün lider adını əldə
etmişlər. Onlar müvəffəqiyyətə gedən yolu gözəl analiz edib və o yolda davamlı
olaraq cəhd göstərmişlər.
Bir şirkətdə CEO olmaq üçün fərqli düşüncə tərzinin
olması mütləqdir. Bir şirkətdə idarə
heyyətinin rəhbəri olmaq istəyirsinizsə mövzumuzun başlığı olan mükəmməliyə can
atmalısınız. CEO-larda hər kəs kimi cəmiyyətin bir nümayəndəsidir. Onlarda
sizin kimi mənim kimi insanlardır. CEO-ların bəziləri çox şanslı keçmişə
malikdir. Bu şanslı CEO-lar asan yollarla bir şirkətin idarə rəhbərliyini əldə
etmişlər. Ancaq bu rəhbərlərdə mükəmməl olmaq istəyi yoxdursa, rəhbərlik çoxda
uzun davam etməyəcəkdir. Əgər sizin keçmişinizdən belə şanslarınız yoxdursa deməli
bu yeri əldə etmək üçün davamlı olaraq özünüzü inkişaf etdirməlisiniz və bu
yeri əldə etdikdən sonra performansınızı daima mükəmməl olmağa yönəltməlisiniz.
Peter
F. Drucker "The Effective Executive" kitabında bir idarə edən, bir
CEO olmaq üçün ağıllı olmaq, çox işləmək və çox məlumat sahibi olmaq kifayət
deyil deyə yazmışdır. CEO olmaq çox fərqli bir duyğu və düşüncədir. Yazar bu
yuxarda yazılan faktorlarla birlikdə rəhbərin intensiv idealogiyaya sahib
olmasının, problemlərə asanlıqla həll yolu tapma bacarığının olmasının və daima
mükəmməllik axtarışında olmasının vacibliyindən bəhs etmişdir.