Son Paylaşım

Liderlik Üçün Maksimum Özgüvən

 Liderlik Üçün Maksimum Özgüvən                Bəzən hədəfə çatmaqda ən böyük problemlər özümüz oluruq. Digərlərindən seçilmək, fərqlənmək istəyən birisinin özünə inamı çox vaci amildir. Özünə inam həm öz zehnində tam olaraq oturuşmalıdır həmdə ətrafında olan insanların zehnində yerləşməlidir.


 Liderlik Üçün Maksimum Özgüvən                Hər zaman şirkət rəhbərləri ilə, professional iş həyatında yüksək məqamlara yüksəlmiş insanlarla, böyük lahiyələrə rəhbərlik, liderlik etmiş insanlarla bir məkanda olduğumuz zaman bu uğurları necə əldə etdiklərini onları müşahidə edərək fikirləşirdim. Axı onların digərlərindən o qədərdə fərqləri yox idi.  Onları fərqli edən xüsusiyyətin nə olduğunu düşündüyüm zaman özüm üçün böyük bir şey kəşf etdim və bunu sizlərlədə bölüşmək istəyirəm. Onlar başladıqları yolda bütün qorxuların üzərindən xətt çəkmişdilər. Onlar problemlərinə əvvəlcədən öz zehinlərində həll yolu tapmışdılar. Onların özlərinə inam xüsusiyyətləri çox qabarıq şəkildə idi. Bu xüsusiyyəti özümdə hər gün dahada möhkəmlətdikcə daha özümə etibar etməyi bacarıram. Siz özünüzə güvənməlisiniz. Bunu siz etməsəniz, başqaları sizə heç bir zaman inanmayacaqdır.

 Liderlik Üçün Maksimum Özgüvən                Çox insan tam olaraq özünə əmin olmasada, özünə güvənməsədə istədiyi müvəffəqiyyətləri əldə edə bilir. Bu insanlar özlərinə güvənməsələrdə, özlərini  öz güvəni yüksək olan kimi göstərərək buna nail olurlar. Buda doğrudur ki ətraf mühitin və ətrafınızdakıların sizdən aldığı müsbət siqnallar sizi uğura aparacaq. Özünüzə inamınız hələdə azdırsa ama buna baxmayaraq hədəfləriniz böyükdürsə mütləq düşüncənizdə, zehninizdə böyük dəyişikliklər etməlisiniz. 

Digər Oxşar Yazılarım:

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok