Son Paylaşım

İş Həyatında Davamlı Olaraq İnkişaf

In the Sustainable Development Working Life
                Biznes kitabları arasında ad qoymuş ən dəyərli kitablardan birisidə yazarı D.A. Benton olan "CEO kimi düşünmək" kitabıdır. Kitab yazılarkən yüzlərlə məhşur şirkət rəhbəri və CEO-su ilə müsahibələr aparılıb və hər mövzuda onların fikirləri alınıb.

                Bu mövzuda sizlərlə bu dəyərli insanların dəyərli məsləhətləri ilə iş həyatında necə davamlı olaraq inkişaf etmək lazım olduğunu bölüşəcəyəm. Zirvəyə qalxmaq üçün lazımlı olan xüsusiyyətlərdən biri davamlı olaraq inkişaf etmək və inkişafa ayaq uydura bilməkdir. Trendləri izləmək və  hər hansısa bir trendin sizinlə əlaqəsi varsa onu yaxşı yaxşı analiz etməyiniz gərəklidir. Davamlı olaraq inkişaf etmək davamlı olaraq öyrənmək deməkdir. Davamlı olaraq öyrənmək üçün:
In the Sustainable Development Working Life

  • İnsanlarla danışın,
  • Səhvlərdən dərs çıxarın,
  • Başqalarının təcrubələrindən yararlanın,
  •  Liderlərdən dərs alın,
  • Hər gün yeni bir şey öyrənməyə can atın.
Davamlı olaraq inkişaf çoxlu faydanı özü ilə gətirər. Bunlar:

    In the Sustainable Development Working Life
  1. Siz daha çox insana faydalı olarsınız çünkü siz daha çox şey bilərsiniz və daha çox şey edə bilərsiniz,
  2. Sizin zehniniz və xəyal gücünüz  özünüzə məxsus olar ki buda sizi digərlərindən fərqləndirər,
  3. Daha yaxşı qərarlar qəbul edə bilərsiniz,
  4. Əsas lahiyələr zamanı insanların sizə güvənməsi, sizin lahiyənizin daha tez bir zamanda və daha effektiv alınmasına kömək edəcəkdir və s.

                Ancaq texniki bacarıqlarıqlarınızı deyil  həmdə digər zehni və psixoloji  bacarıqlarınızıda davamlı olaraq inkişaf etdirməyə çalışın.



Digər Oxşar Yazılarım:

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok