Yaşadığımız
müddətdə bizim idarə edə biləcəyimiz çox az şeylər vardır. Biz hər şeyi tam
olaraq idarə edə bilmərik. Hərəkətlərimiz, bizim maksimum idarə edə biləcəyimiz
tək sahədir. İstər zehinsəl olsun istərsə fiziki olsun biz öz düşüncələrimizi və
hərəkətlərimizi idarə etməyi bacarmalıyıq. Əks təqdirdə onları başqaları idarə
edəcəkdir.
İdarə
etmənin tam olaraq əlimizdə olması o qədərdə çətin deyil. Bütün günü hərlənib
fırlanıb "Mən bunu edə bilərəm ki?" sualındansa "Mən bunu edə
bilərəm." cümləsinə keçmək kifayətdir. Bu cümlələrdə istifadə edilən sözlər
eyni olsalarda vurğu tonu və təsir qüvvəsi 180 dərəcə fərqlidir. Yüksək uğur
qazanmış şirkət rəhbərləri və CEO-lar əgər davranışlarını və şirkətin idarəsini
bir an olsun boşluqda saxlasaydılar əmin olun ki indiki vəzifələrində bu qədər
uğur qazanmış olmazdılar.
İnsan
özünü və ətrafını davamlı olaraq idarə edə bilməlidir. Yersiz qərarlar, hərəkətlər
yerinə bir anlıq düşünmək və sonra qərar vermək daha asand ikən bunu bacara bilən
insan isə çox azdır. Buna görədə çox az adam böyük uğurlar qazanırlar. Bu uğur
qazanan şəxsiyyətlər asanlıqla o yerləri əldə etməmişlər. Onlarında istər şəxsi
həyatlarında istər iş həyatlarında böyük problemləri olmuşdur. Bu problemlərə ən
yaxşı həll yolunun nə olduğunu yaxşı yaxşı fikirləşərək qərar vermişlər. Şirkət
üçün, şəxsi kariyeraları üçün təhlükəli qərarlar vermişlər. Əgər hər hansısa
bir vəziyyətdə qərar vermənin sizdən aslı olmadığını düşünürsünüzsə siz səhv
yoldasınız. Düzgün qərarlarda yalnış qərarlarda sizdən aslıdır. Mövzunun
başlığındakı kimi, emin olun ki idarəetməni itirdiyiniz zaman çox şey itirəcəksiniz.
Oxuduğunuz üçün təşəkkür edirəm. Rəy bildirərək və paylaşaraq dəstək ola bilərsiniz.
Oxuduğunuz üçün təşəkkür edirəm. Rəy bildirərək və paylaşaraq dəstək ola bilərsiniz.
Digər Oxşar Yazılarım: